Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.
İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
SƏDİ ŞİRAZİ (1203, 1210 arası – 1292-ci illər), şair
- Pis adamlar oturub-duran yaxşılıq qazana bilməz.
- Pislərlə oturub-duran yaxşılıq üzünə həsrət qalar.
- Vəziyyətimə görə yox, ləyaqətimə görə mənimlə rəftar elə.
- Övladlarımızı quzu kimi böyütməyək ki, böyüyəndən sonra onları qoyun kimi otrsınlar.
- Ədəb- danışdığın zaman dilini qorumaq, tək qaldığın zaman qəlbini qorumaq, çölə çıxdığın zaman gözlərini qorumaqdır.
- Xoşdur məhəbbətin sevinci, qəmi,
Xoşdur yaraları, xoşdur məlhəmi.
- Əgər bir müəllim olsa bədəsil,
Yetişdirə bilməz bəxtiyar nəsil.
- O qədər çox yemə ağırlıq etsin,
O qədər ac qalma can əldən getsin.
- Cibini saxlasan əlin boş olmaz,
Qənaət eyləsən varın azalmaz.
- Yarasa sevmirsə nurlu Günəşi,
Günəşin əksilməz bundan atəşi.
“Ədəbiyyat və incəsənət”
(20.10.2025)