Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Aişə Məhəmmədzayın 12 yaşı olanda valideynləri onu bir “Taliban” döyüşçüsünə ərə verəcəyinə vəd edirlər. 14 yaşında isə onu məcburən həmin adama ərə verirlər. Evliliyi zamanı Aişə əri və onun bütün ailəsi tərəfindən daim zorakılığa məruz qalır. 18 yaşında bütün bu zorakılığa dözməyən qız evdən qaçır. Amma onu tutulur. Əri və qohumlarına itaətsizlik etdiyinə görə, onu dağlara aparıb, orada burnunu və qulağını kəsirlər.
Bəli, bəli. Vəhşiliyin miqyasına baxın.
Çoxlu qan itirən qızın belə vəziyyətdə öləcəyinə inanıb, onlar oranı tərk edirlər.
Lakin Aişə sağ qalır. Qan işində sürünərək dayısının evinə kimi gedə bilir. Amma dayısı ona kömək etməkdən imtina edir. Nəhayət, xəbər tutan atası və babası onu Əfqanıstandakı Amerika hərbi bazasında gizlədirlər. “TIME” jurnalının üz qabığında onun eybəcər hala salınmış fotosu peyda olandan sonra, qızın acı taleyi dünya ictimaiyyətinin diqqətini cəlb edir.
ABŞ-a aparılan Aişə burada bir çox əməliyyat keçirir. Həkimlər qızın alnındakı toxuma və bədənindəki qığırdaqlardan istifadə edərək, burnunu bərpa edə bilirlər. Amma həkimlər qızın təkcə burun və qulağının fiziki bərpası ilə yanaşı, həm də onun aldığı ağır psixi travması, stresə səbəb olan tutmaları və emosional pozuntuları ilə də hələ ox məşğul olmalı olurlar.
Hazırda Aişə ABŞ-ın Merilend ştatında yaşayır.
Hüquqsuz qadınlara qarşı bu sayaq hərəkətlər əlbət ki, həmin coğrafiyada indi də davam edir. Dur, dayan deyənsə yoxdur.
“Ədəbiyyat və incəsənət”
(20.10.2029)