Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bugünkü maraqlı söhbətimiz idman barəsində olacaqdır. Tarix yazan afrikalı qaçışçı barədə.
1960-cı ildə Romada keçirilən Yay Olimpiadasında sponsoru “Adidas” firması olub. Bütün idmançılar bu brendin ayaqqabılarında çıxış etməli idilər.
Amma Efiopiyadan olan marafon yarışının iştirakçısı Abebe Bikiliyə heç bir idman ayaqqabıları uyğun gəlmir. Belə olan tərzdə idmançı cəsarətli bir qərar verir: marafonu ayaqyalın qaçmaq.
Nəticə dünyanı heyran qoyur: Bikila nəinki yarışı 1-ci yeri tutdu, həm də dünya rekordu qazanır və olimpiadada qızıl medal qazanan ilk qaradərili afrikalı olur.
Onun qələbəsi “Adidas” üçün ağrılı bir zərbə sayılır: axı, ayaqyalın qaçan idmançı, bu firmanın idman ayaqqabıları geyinən 68 idmançını üstələmişdi.
4 il sonra 1964-cü il Tokio Olimpiadasında Bikila yenidən qızıl medal alır və tarixdə 2 dəfə olimpiya marafonunu qazanan ilk idmançı olur.
1969-cu ildə avtomobil qəzasından sonra ağır xəsarətlər almış Bikili artıq qaçış yarışlarında iştirak edə bilmir. Amma o, idmandan əl çəkmir və oxatma yarışlarında iştirak etməyə davam edir.
Təəssüf ki, 1973-cü ildə Abebe Bikila 41 yaşında beyinə qan sızmasından dünyasını dəyişir. Onu milli qəhrəman və idman əfsanəsi kimi son mənzilə 75 000 nəfər insan müşayiət edir.
Bəzən tarix yazmaq üçün sadəcə dayanmamaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)