Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 96 nömrəli tam orta məktəbdir.
DİREKTOR:
Hacıyeva Mehriban Vaqif qızı
1981-ci il oktyabrın 21-də Naxçıvan MR-in Culfa şəhərində anadan olub.1988–1998-ci illərdə orta məktəbi əla qiymətlərlə başa vurub. Bakı Avrasiya Universitetinin Sinxron Tərcümə fakültəsini bitirib. Daha sonra Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə yenidənhazırlanma təhsili alıb. 2017-ci ildə Xəzər Universitetində “Potensial məktəb direktorları” adlı ixtisasartırma proqramını keçib.
2008-ciildənpedaqojifəaliyyətə ingilisdilimüəllimikimibaşlayıb. 2015-ci ildən müxtəlif məktəblərdə təşkilatçı müavini, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2021-ci ildən 96 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalibidir. Eyni zamanda ETR resursları üzrə təlimçidir.
ŞAGİRD:
Mən, Banu Natiq qızı Muradlı 25 noyabr 2012-ci il tarixində Bakı şəhərində anadan olmuşam. 2018-ci ildə İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuşam. Hazırda 8-ci sinif şagirdiyəm.
Məktəbin ictimai işlərində fəal iştirak edir, dərslərimi mükəmməl oxuyuram. Buna görə də “Yaşıl – rəğbətləndirmə kartı”na layiq görülmüşəm.
Məqsədim məktəbi uğurla bitirib, ali təhsil ocağına – Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmaq, gələcəyə xeyir verəcək bir mütəxəssis kimi yetişməkdir.
ESSE:
Təbəti sevək və qoruyaq
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm olan son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
Təbiət – dünyanın yaranmasından bu günə qədər mövcud olan bir quruluşdur.
Təbiət dedikdə, daim inkişafda olan, dəyişən bütün canlı və cansız varlıqlar nəzərdə tutulur.
Təbiət həyatımızda mühüm yer tutur. Onun varlığı ilə həyatımız gözəlləşir. Bizim hər an ona ehtiyacımız var. İstirahət etmək, dincəlmək üçün təbiət qoynuna axışırıq. Sakitləşməyi, rahatlanmağı onda tapırıq. Ağaclar oksigenlə havanı zənginləşdirir, dinclik yaradır, bizi gərginlikdən uzaqlaşdırır.
Ağaclara, bitkilərə sevgi hissimiz təbiətə sevgidir. Ağaclar, bitkilər olmadan nə həyat olar, nə də təmiz hava sayəsində nəfəs almaq.
Mən təbiəti çox sevirəm. Təbiətlə təmasda olanda bütün problemlərimi unuduram. Təbiətlə baş- başa qalanda özümü çox xoşbəxt hiss edirəm. Çünki təbiət insanları daha güclü və sağlam edir. Onunla necə rəftar etsək, o da eyni şəkildə cavab verir. Həyat bir bumeranq kimidir. Nə ediriksə, onun qarşılığını görürük. Təbiəti nəzərdən qaçırmamalıyıq. Təbiəti qorumaq bütün vətəndaşların mənəvi borcudur. Təbiət yox olduqda insan yaşaya bilməz. Təbiət yoxdursa, bütün canlılar da yoxdur.
Bizim hər birimiz insanlara təbiət sevgisi aşılamalı, gələcək nəslin sağlam və xoşbəxt gələcəyini düşünməliyik. Unutmayaq ki, biz təbiəti qoruduqca təbiət də bizi qoruyur.
“Ədəbiyyat və incəsənət”
(15.10.2025)