Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Ağdam təmsilçisi
Son vaxtlar Bakıda istintaq təcridxanasında saxlanılan separatçı işini "Nürnberq" məhkəməsi adlandırırlar.
Nürnberq məhkəməsi zamanı hələ həbsxanada olarkən faşist Almaniyasının əsas hərbi-siyasi liderlərindən biri, Adolf Hitlerin ən yaxın silahdaşı olan Herman Gerinq psixoloq Qustav Gilbertə müsahibə verir.
Gerinq:
-Əlbəttə, insanlar müharibə istəmir. Əgər müharibədən əldə edə biləcəyi ən yaxşı şey öz təsərrüfatına sağ-salamat və yaralanmadan qayıtmaqdırsa, hansı axmaq fermer həyatını riskə atmaq istəyər ki? Əlbəttə, xalq müharibə istəmir. Təbii ki, heç kim nə Rusiyada, nə İngiltərədə, nə Amerikada, hətta Almaniyada müharibə istəmir. Bu şübhəsizdir. Amma sonda siyasəti ölkə rəhbərləri müəyyən edir. Və xalqı bu siyasətə dəstək verməyə məcbur etmək elə də çətin məsələ deyil. İstər demokratiya olsun, istər kommunizm, istər parlament, istərsə də faşist diktaturası olsun, fərqi yoxdur.
Gilbert buna etiraz edir:
-Ancaq demokratiyanın bir fərqi var - xalq özlərinin seçdikləri nümayəndələri vasitəsilə çıxış etmək imkanına malikdir.
Gering cavab verir:
-Bu,əlbəttə, çox gözəldir, amma xalqın səsi olsa da, olmasa da, onları həmişə itaət etməyə məcbur etmək olar. Bu, çox sadədir: etməli olduğunuz yalnız bir şey, onlara hücuma məruz qaldığını söyləməkdir. Və eyni zamanda pasifistləri vətənpərvərlik hisslərinin olmamasında və ölkəni təhlükə altına atmaqda ittiham edin. Bu, istənilən ölkədə işləyir.
(Qustav Gilbertin "Nürnberq gündəlikləri" kitabından)
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)