Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu hadisə 1977-ci il iyulun 13-dən 14-nə keçən gecə Nyu-Yorkda baş verir. Həmin gün axşam saatlarında şəhər boyu güclü tufan başlayır. İldırım elektrik xətlərinə dəyir və şəhəri təmin edən əsas elektrik yarımstansiyalarından birini sıradan çıxarır. Saat 21:30-da Nyu-York qaranlığa qərq olur. Evlərdə, küçələrdə işıqlar sönür. Minlərlə insan liftlərdə qalır. Metroda qatarlar dayanır. Su təchizatı kəsilir. Telefonlar susur. Küçə işıqları və işıqforlar sönür...
Şəhərin qaranlığa qərq olması (bleкаut) yoxsul məhəllələrin sakinləri bunu şans olaraq, bir siqnal kimi qəbul edirlər və mağazaları qarət etməyə başlayırar. Onlar əvvəlcə öz məhəllələrindəki mağazaları qarət edirlər. Sonra isə Nyu-Yorkun varlı və biznes rayonlarındakı mağazaları, kafeləri, restoranlar və avtosalonları qarət etməyə başlayırlar. Bundan sonra isə növbə onların qonşularının mənzillərinə çatır. Qonşular evdə olmadığı üçün onların evlərini də qarət edirlər. Oğrular əllərinə keçən hər şeyi: televizor və məişət texnikası, geyim və ayaqqabı, mebel və zinət əşyaları, yemək və spirt, hətta manekenləri də ələ keçirirdilər. Onlar hətta paltar sancaqları və su çanaq tıxacları kimi kiçik əşyaları oğurlayırdılar. Daha iddialı bir oğru Bronksdakı diler avtosalonundan 50 yeni “Pontiak” oğurlayır.
Küçələr isə tamamilə xaos içində idi. Hətta iş tragikomik bir həddə çatır - talançılar talançıları qarət etməyə başlayır. Bu kollektiv ağılsız işdə cəmiyyətin bütün təbəqələri, xüsusən də zəncilər, latınamerikalılar və əhalinin kasıb təbəqəsi iştirak edirdi. İşsiz, kasıb və ac insanların əşyaları və yeməkləri oğurlaması başa düşülən idi. Amma! İnsanlar sanki ciddi psixi pozuntu olan maniya xəstəliyinə tutulmuşdular. Onlar oğurlamaqla yanaşı, mağazaların vitrinlərini sındırdılar, maşınları aşırdır və binaları yandırırdılar. Həmin gecə şəhərdə 1077 yanğın hadisəsi qeydə alınır, onları söndürərkən 100-dən çox yanğınsöndürən yaralanır.
Belə vəziyyətdə Nyu-Yorkun meri fövqəladə vəziyyət elan edir və bütün polis əməkdaşlarının küçələrə çıxmasını əmr edir. Lakin onların yalnız dörddə biri asayişi qorumaq üçün çıxır. Qalan zabitlər ya çaşqınlıqdan, ya da qorxduqlarından çıxmayırlar. Bu isə daha da böyük cinayət dalğasına səbəb olur. Təsəvvür edin, həmin anlarda 100 000-dən çox insan talan və tüğyan edən vandalizmlə məşğul idi. 2000-ə yaxın mağaza, aptek, mağaza və restoran talan edilir. İğtişaşlar nəticəsində dəyən ümumi zərər təxminən 1 milyard dollar təşkil edir.
Nyu-Yorkda asayiş yalnız 24 saat sonra bərpa edilir. Elektrik işçiləri dəymiş ziyanı aradan qaldırdılar və şəhəri enerji ilə təmin edirlər. Polis 3800 nəfəri həbs edir, lakin bu, dənizdə bir damla idi. Üstəlik, həbs olunanların çoxu azad etməli olurlar. Çünki məhkəmələr işi çatdıra bilmirdi və həm də həbsxanalar həddən artıq dolu idi. 1977-ci ilin iyulunda baş verən dəhşətli qaranlıq gecəsi tarixə “Yırtıcıların gecəsi” adı ilə düşür.
Nyu-Yorkdakı hadisə çox qısa müddət ərzində - həftələr deyil, bir neçə saat ərzində insanların necə insanlıqlarını itirərək vəhşi heyvanlara çevrildiyi haqqında ibrətamiz bir hadisədir. Bu zaman bütün ədəb sərhədləri, davranış normaları, əxlaq və qanunlara hörmət - insanları vəhşi heyvanlardan fərqləndirən hər şey birdən-birə yox olur.
“Ədəbiyyat və incəsənət”
(09.10.2025)