Sözdən yaranan incilər – SƏDİ ŞİRAZİDƏN DAHA 10 KƏLAM Featured

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

               SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər), şair

 

 

-          Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər.

-         Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən pis yaşayan olmazdı.

-         Əsərləri olmayan alim meyvə gətirməyən ağaca bənzəyir.

-         Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana.

-         Tamahkara dünyanı da versən, doymaz.

-         Sözü götürüb gətirən, söyləyəndən daha pisdir

-         Bir çiçəyə artıq su verərsən çürüyər, insana gərəyindən artıq dəyər verərsən qudurar.

-         Elm ədalətli olmaq üçündür, dünya malı yığmaq üçün yox.

-         Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.

-         Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil, çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə  üstün gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.