Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Heç bilirsiniz, Xalq şairi Zəlimxan Yaquba “Saz” pemasını yazmağı kim sifariş verib? Bu gün bu haqda danışacağan.
Görkəmli alimimiz Xudu Məmmədov 80-ci illərdə Ağdamda bir məclisdə Zəlimxan Yaquba belə deyir: "Mən ictimai sifariş verirəm, saz haqqında əsər yazmalısan. Bu, xalqın sifarişidir. Bəxtiyar Vahabzadə "Muğam" poemasınıyazandan sonra saz haqqında da yazmaq istəyirdi. Ancaq mən dedim ki, Bəxtiyar, sən saz haqqında yazma, çünki sən onu bilmirsən, saz haqqında da yazan tapılar. İndi mən görürəm ki, saz haqqında əsərin müəllifini tapmışam və o adam sənsən..."
Beləcə, Zəlimxan Yaqub "Saz" poemasını Xudu Məmmədovun xahişi və təkidi ilə yazır.
Zəlimxan Yaqub sonralar bu haqda belə deyirdi: "Fəxr edirəm ki, mən "Saz" poemasının müəllifiyəm. O poemanın da araya-ərsəyə gəlməsinə görə böyük alimimiz Xudu Məmmədova minnətdaram".
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)