İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun ifasi çox sevilir. Çünki elitar, səviyyəli musiqi oxuyur. O musiqini ki, indi ona ehtiyac çoxdur. Diringi musiqilərin meydan aldığı bir zamanda musiqi mədəniyyəti ənənələrinə sadiq qalıb oxumaq böyük nəticədir.
Müğənni Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. Uşaq ikən taleyinə qaçqınlıq düşüb. Qarabağ müharibəsi onu işğal olmuş Füzulidən Bakıya gətirib. Qarabağlılara xas gözəl səsi olduğundan, ailəsi onun musiqi təhsili almasını məsləhət görüblər.
2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəyib.
2003-cü ildə Zamiqin ilk mahnısı olan “Dəymərəm qəlbinə” mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu “Uçduq” adlı mahnısı xalq tərəfindən sevilib, plry-listlərdə yer alıb və ona ilk şöhrəti qazandırıb. 2006-cı ildə isə “Uçduq” adlı albomu çıxıb. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı isə Azərbaycan çartlarında birinci yerləri tutub. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb. 2010-cu ildə Yaşıl Teatrda "Sən necə də gözəlsən" adlı ilk konserti baş tutub. Həqiqətən onu yüksəldən bax bu lirik mahnı olubdur.
2010-cu ildə Röya ilə birlikdə Azərbaycanın 15 rayonunda Doğma diyar konsert proqramları ilə çıxış ediblər. 2013-cü ildə klassik bəstəkarlarımızın əsərlərindən ibarət Retro albomu çıxıb. 2014-cü ildə “Bu şəhəri çox sevirəm” adlı üçüncü albomu işıq üzü görüb. Eyni ildə Yaşıl Teatrda “Bu şəhəri çox sevirəm” adlı solo konserti baş tutub.
2015-ci ildə ”Karaoke” albomu işıq üzü görüb.
2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Hacıəlibəyovun dirijorluğu ilə simfonik orkestrlə solo konsert verib. Bu dəfə istedadlı müğənni öz vokal imkanlarını ortaya qoyub.
Diskoqrafiya
- Mahnılar
1. Pərvanə
2. Nərgizim
3. O mənə inanır
4. Sonra
5. Yaşa mənim xalqım
6. Ey Vətən
7. Azərbaycan
8. Vətən əmanəti
9. Yada sal
10. Duman
11. Leyla
12. Var ol
13. Nigarım
- Albomları
1. Uçduq
2. Sən necə də gözəlsən
3. Retro
4. Bu şəhəri çox sevirəm
5. Karaoke
Videoqrafiya
1. Dəymərəm Qəlbinə
2. De neyləyim
3. Orada biri var
4. Həyat çətindir
5. Həyat
6. Yağış
7. Bir nəfərlik bilet
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)