İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Chris Columbus – amerikalı rejissor, prodüser və ssenaristdir. O, öz xüsusilə ailəvi və macəra janrında çəkdiyi filmlərlə tanınır. Tam adı Chris Joseph Columbusdur. 10 sentyabr 1958-ci ildə Pensilvaniyada dünyaya göz açıb. New York Universitetinin Tisch School of the Arts fakültəsində ssenaristlik ixtisası üzrə təhsil alıb. Bu gün bu böyük rejissorun doğum günüdür.
Chris Columbus əvvəlcə ssenarist kimi çalışıb. 1980-ci illərdə onun yazdığı ssenarilərdən bəziləri məşhur filmlərə çevrilib:
1. Gremlins (1984) – ssenari müəllifi
2. The Goonies (1985) – ssenari müəllifi
Daha sonra rejissorluğa başlayıb və çox sevilən ailə filmlərinə imza atıb:
- Adventures in Babysitting (1987) – ilk rejissorluq işi
- Home Alone (1990) və Home Alone 2: Lost in New York (1992) – dünya şöhrəti gətirən filmlər
- Mrs. Doubtfire (1993) – Robin Williams ilə böyük uğur qazanan komediya
- Harry Potter and the Sorcerer’s Stone (2001) və Harry Potter and the Chamber of Secrets (2002) – “Harry Potter” seriyasının ilk iki filminin rejissorluğu.
Columbusun filmləri adətən ailə dəyərlərini, yumoru və fantaziyanı birləşdirir. Onun işləri həm uşaqlar, həm də böyüklər üçün maraqlı olur.
Rejissor Hollivudda ailəvi kino janrının ustası hesab olunur. Amma ona dünya şöhrətini təbii ki, Harry Potter gətiribdir.
Chris Columbus filmoqrafiyası (rejissor)
1. Adventures in Babysitting
2. Heartbreak Hotel
3. Home Alone
4. Only the Lonely
5. Home Alone 2: Lost in New York
6. Mrs. Doubtfire
7. Nine Months
8. Bicentennial Man
9. Harry Potter and the Sorcerer’s Stone
10. Harry Potter and the Chamber of Secrets
11. Harry Potter and the Prisoner of Azkaban (yalnız prodüser)
12. Rent
13. I Love You, Beth Cooper
14. Percy Jackson & the Olympians: The Lightning Thief
15. Pixels
Chris Columbus bir çox filmlərdə ssenarist və prodüser kimi də fəaliyyət göstərib. (Gremlins, The Goonies, The Help, The Witch və s.)
Mənsə, hələ də Harry Potter filmlərinə baxmadığım səbəbindən YouTube platformasına qoşuluram ki, bu filmlərdən heç olmasa birinə tamaşa edim.
“Ədəbiyyat və incəsənət”
(10.09.2025)