MARAQLI SÖHBƏTLƏR – Prezidentin Hindistan sərgüzəştləri Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yaşlı nəslin nümayəndələri keçmiş SSRİ-nin Xalq Müdafiə Komissarı və Sovet İttifaqının Birinci Marşalı Kliment Yefremoviç Voroşilovu yaxşı xatırlayırlar. Vətəndaş müharibəsinin qəhrəmanı olan Voroşilov sonralar filmlərin və tamaşaların qəhrəmanına çevrilib. Onun haqqında mahnılar bəstələnib.  Çoxlu küçələr və şəhərlər onun şərəfinə adlandırılıb.

 

Vaxtilə Ukraynanın Luqansk vilayəti  onun şərəfinə Voroşilovqrad  adlandırılırdı. Çox az adam bilir ki, İkinci Dünya müharibəsində sovet ağır tankları KV adlanırdı - yəni Kliment Voroşilov. Bunlar çox yaxşı tanklar idi və müharibənin ortalarına qədər, alman “Pələnglər”i  peyda olana qədər KV-nin rəqibləri yox idi...

Voroşilov həm də Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə görə siyasi rekordçu idi - 34 il yarıma qədər! Az adam xatırlayır ki, Stalinin ölümündən sonra o, 7 il SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olub.  Dövlət strukturu baxımından onun tutduğu SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsi əslində birinci post sayılıb. Bu vəzifənin müasir və xarici ekvivalenti Prezident adlanır. Beləliklə, Klim Voroşilov 7 il Sovet İttifaqının prezidenti olub. Aydındır ki, o vaxt bu, sırf dekorativ post idi, amma yenə də... (Xarici mətbuat onu mister Prezident adlandırırdı).

1960-cı ildə Voroşilov Hindistana işgüzar səfərə gedir. Lakin orada olduqca qeyri-adi və çılğın hərəkətləri ilə ətrafdakıların təəccübünə səbəb olur. O, gah xüsusi kastadan olan dəhşətli dərəcədə çirkli, saçları sıx qarışmış və cod tüklü hindlinin saçlarını daramağa çalışır, gah da məbədin içinə  girməyə cəhd edir. Onu məbədin içərisinə buraxmayanda isə çox qəzəblənir və bütün sultanları, çarları və kralları söyməyə  başlayır və  qışqıraraq deyir: "Biz onların hamısını  qovduq, siz də də onları cəhənnəm eləyib getsin!". Bütün sovet nümayəndə heyəti yaşlı liderlə çətin anlar yaşayır. Xüsusilə, tərcüməçi Viktor Suxodrevə çox çətin idi. O, sovet  rəhbərinin bütün işlərini və axmaqlıqlarını bacardığı qədər ört-basdır edirdi.

Bir gün hörmətli qonağı məşhur “Tac – Mahal”a aparırlar.  Voroşilov bir müddət sükutla əzəmətli məqbərəyə baxır, sonra ucadan tüpürərək  deyir: "Tfu! Burada şalvarsız gəzirlər və amma belə bir şeylər tikirlər!". İddialara görə, o, hətta söyüş də söyür. Hindlilər marşalın emosional tonda tüpürdüyünü görürlər, lakin Voroşilovun nə dediyini dəqiq başa düşməyirlər. Ona görə də sual dolu baxışlarla  tərcüməçiyə  baxmağa başladılar. Tərcüməçinin qarşısında isə çox çətin bir problem yaranır – onun dediyini necə tərcümə etmək olar? Əgər olduğu kimi tərcümə olunarsa, böyük bir biabırçılıq olacaqdı. Nəticədə diplomatik və siyasi qalmaqal yaranacaqdı. Hər şey bir yana, bəs bu tüpürcəyi hindilərə necə izah etmək olar?

Tərcüməçi Viktor Suxodrev vəziyyətdən çox bacarıqlı bir şəkildə çıxır. O, bunu belə tərcümə edir: “Cənab Sovet İttifaqının Prezidenti dedi: “Mən çoxlu memarlıq şedevrləri görmüşəm, lakin “Tac Mahal”ı görəndən sonra bütün dünya memarlığına tüpürürəm”. Bunu eşidən hindlilər sevicdən qışqırırlar...

Bacarıqlılığına görə Suxodrev Moskvaya qayıtdıqdan sonra dərhal Xruşşovun şəxsi tərcüməçisi vəzifəsinə təyin edilir.  Voroşilov isə "prezident" vəzifəsindən uzaqlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.