AYAZ SALAYEV – Azərbaycan kinosunun ünlü adı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxtlar – onda ki, cəmi 2 telekanal vardı, internetsiz, əlbət ki YouTube-suz bir həyat sürülürdü, bax onda bir veriliş vardı, “Retro”. Xanım və bəy aparıcı ekranda görünən kimi milyonlar nəfəs dərmədən onlara baxırdı. Xanım Həmidə Ömərova idi, bəysə Ayaz Salayev.

 

Azərbaycanın tanınmış rejissoru Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977–1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986–1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib.

1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb.

18 dekabr 2000-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib.

 "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu videoçarx çəkib. 

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilib.

 

Filmoqrafiya

1. Qız qalası əfsanəsi

2. Retro

3. Ordubad

4. Evlənmək istəyirəm

5. Bir dəfə görmək...

6. Təkəlduz

7. Ata

8. Bir nəfər hamıya görə

9. Təxribat

10. Yarasa

11. Anlam

12. Vahimə

13. Koma 0,1 saniyədə

14. "Ağ-qara" gecələr

 

Bu gün doğum gününü – 65 illik yubileyini qeyd edən Ayaz Salayev son günlər sosial medianın qınaq obyektinə çevrilib. Türk dilinə cəmiyyətin meyl salmasını pislədiyinə görə nu topa-tüfəngə tuturlar. Lakin gəlin fikri konteksdən kənara çıxarıb bu tanınmış kino xadimindən düşmən obrazı yaratmayaq. Türkiyə bizim qardaşımızdır, bu öz yerində. Ayaz Salayev də kino industriyamızın ünlü adıdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.