Ona tək sovetin, rusun yazıçısı demək olmaz Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovet dönəmində ona proletar yazıçısı deyirdilər. Sosializm ideologiyasına xidmət edən bu sayaq yazarlar, məsələn, burjua yazarlarını sıradan çıxarmaqla məşğul idilər. Amma SSRİ-nin 1 nömrəli yazarı statusua yüksəlmiş Maksim Qorki belə etmirdi. O, qələm dostlarını hər bir təhlükədən qorumaq, onları burjua düşüncələrindən uzaq etmək hayındaydı. Nə isə. Sözümüzün canı odur ki, bu gün Qorkinin anım günüdür və biz də məhz onun barəsində danışacağıq.

 

Maksim Qorki 16 (28) mart 1868-ci ildə Nijni Novqorodda dünyaya göz açıb.  Nəqliyyatçı olan atasını 5 yaşında ikən itirib və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdıb. 11 yaşında tamamilə yetim qalıb, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülüb. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilib. 

 

8 yaşında işləməyə başlayıb, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olub. İlk gənclik illərini Qazanda keçirən Qorki, 1887-ci ilin dekabr ayında hətta intihara cəhd edib. Sonrakı 5 il boyunca müxtəlif işlərdə çalışaraq, daha sonra yazılarında istifadə edəcəyi bir çox təəssüratı əldə etdiyi böyük Rusiya səyahətinə çıxıb.

 

O, yazıçı, dramaturq, romançı, şair, publisist, avtobioqraf, jurnalist, gündəlik yazıçısı , siyasətçi, naşirdir. Onun ən məşhur əsərləri: “Eskizlər və hekayələr” hekayələr toplusu, “Filistinlilər”, “Aşağı dərinliklər” və “Günəşin uşaqları” pyesləri, “Fırtınalı ləçək nəğməsi” poeması, onun avtobioqrafik trilogiyası “Uşaqlığım, Dünyada, Universitetlərim” və “Ana” romanıdır.

 

Qorki ağciyər iltihabından 18 iyun 1936-cı ildə, 68 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.