“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etməkdə davam edirəm. Buyurun, faydalanın:
E. Ət və süd məhsulları
1. Qırmızı ət (Omeqa-3 vitamini ilə zəngindir, protein və B 12 vitamininin mənbəyidir, bədəni gücləndirir).
2. Yoqurt (bu turş süd məhsulu adi südün bütün müsbət xüsusiyyətlərini qoruyub saxlayır, üstəlik, tərkibindəki faydalı bakteriyalara görə həzm prosesini də yaxşılaşdırır).
3. Süd (Kalsiumun ən yaxşı mənbəyi, eləcə də vitamin və mineralların, protein və sağlam yağın mənbəyidir, faydalı bakteriyalarla boldur).
4. Yumurta ( yağ turşuları, B qrupu vitaminləri ilə zəngindir, ən sağlam, ən qüsursuz qidalardan hesab olunur, beyni və göz sağlamlığını gücləndirir).
J. Dəniz məhsulları
5. Losos (zülal, D vitamini və omeqa 3 yağ turşuları ilə boldur, yaddaş üçün, beyin fəaliyyətinin düzgün funksiya göstərməsi üçün çox faydalıdır).
6. Forel (yalnız təmiz sularda yaşadığından xüsusi maraq doğurur, bol A, D, B, E vitaminlərinə, omeqa 3 yağ turşularına malikdir).
7. Tuna (zülalın miqdarına görə (22%-dən çox) bütün digər balıqları üstələyir, gözə, beyinə fayda verən, ürək-damar xəstəlikləri riskini 2 dəfə azaldan onlarca vitamin, mikro və makro elementlərə malikdir).
8. Krevetka (olduqca az yağ və piyə malik olduğundan az kalorilidir, amma zülal, protein, yağ turşuları ilə boldur. Eləcə də tərkibində selen, sink və B 12 vitamini var).
9. Qara kürü (Nərə balıqlarının kürüsündə 30% yüksək keyfiyyətli zülal var, lesitin, A, D, E vitaminləri var, onlarca mineral var, çox faydalı yod var. Profilaktik və bədən gücləndirici xassələrə malikdir).
Növbəti təqdim edəcəyim digər ərzaqlar olacaq.
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)