“Penquin Random House” nəşriyyatının 60 milyon dollar ödədiyi xatirələr Featured

Manşet

reytinq

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 2020-ci ildə “Penquin Random House” nəşriyyatı tərəfindən nəşr olunmuş  “A Promised  Land” (“Vəd edilmiş torpaq”) adlı xatirələr kitabında Rusiya prezidentləri Vladimir Putin və Dmitri Medvedevlə görüşləri barədə maraqlı məqamlardan yazıb. Obama kitabında Medvedevin real gücə malik olmadığını bildirir, Putini isə Çikaqo mafiyasının liderləri ilə müqayisə edir. 

 

Obamaya  görə, Putin "fiziki cəhətdən diqqətəlayiq olmayan" olsa da, "sərt" adam idi və "həyətdəki küçə bosslarının sərt qanunları ilə tərbiyə olunan Çikaqo mafiyasını idarə edənə oxşayırdı.

Obama yazır: “Mən rus xarakterini başa düşə bilmirəm. Mən dəfələrlə rus siyasətçiləri ilə görüşmüşəm. Onlar utanmadan yalan danışır, gözünün içinə baxır və bilir ki, sən yalanı görürsən və o bundan heç utanmır. Yalan Rusiya hökumətini hər yerdə təqib edir. Rusiya siyasətçiləri ilə bütün söhbətlərimdə belə bir təəssürat yarandı ki, onları maraqlandıran tək şey monoloqdur və sizin şərhləriniz və ya etirazlarınız heç bir maraq doğurmur. Ən yaxşı halda sizə kamera qarşısında bir neçə söz deməyə icazə verirlər. Üzbəüz görüşdə mən ancaq görüşdüyüm insanları dinləyirdim. Salam verib nəsə danışmağa başlayan kimi ABŞ-a qarşı bütün şikayətlər, müxtəlif tərəflərin narazılıqları müfəssəl və sərt dillə ifadə edilən bitib-tükənməyən monoloq başlayırdı. Rusiya siyasətçiləri mənə Amerikada Böyük Depressiya zamanı Çikaqo mafiyasını idarə edən insanları xatırladırlar. Amerika Birləşmiş Ştatlarının prezidenti kimi və Rusiyada müxtəlif səviyyəli siyasətçilərlə münasibət qurarkən başa düşdüm ki, mən yüksək təhsilli insanlarla deyil, küçə tərbiyəli, sərt, bütün hisslərdənn məhrum, dar düşüncəli tiplərlə məşğul olmalıyam. Onlar heç vaxt öz məhdud təcrübəsindən kənara çıxmırlar və həmişə yuxarıda oturan himayədarlarına arxalanaraq , rüşvət, şantaj, aldatma və bəzən zorakılığı öz fəaliyyətlərinin qanuni üsulları hesab edirlər. Rusiya siyasətçiləri üçün diplomatik dil adlı bir şey yoxdur. Onların divara sıxıb təzyiq etməklə, “öz anlayışlarının” dili var”. 

 

Qeyd edək ki, kitabın birinci hissəsi 768 səhifədən ibarətdir və 25 dilə tərcümə edilmişdir. 2017-ci ildə Obama vəzifədən getdikdən bir neçə ay sonra “Penquin Random House” nəşriyyatı onun xatirələrini dərc etmək hüququ üçün 60 milyon dollar ödəyibdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.