Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün
Bayırda möhkəm yağış yağırdı. Zeynalabdin atasının yaş gönləri necə bıçaqla təmizləməsinə baxırdı. Elə bu vaxt başlarının üstündən daman yağış damcıları onların üstünə düşdü. Ata oğluna dedi:
-Oğlum çıx dama, bacaya yaxın olan yerlərin gilin ayağınla suva, düzəlt.
Zeynalabdin artıq dama çıxmağı bilirdi. Amma atasının dediyi yerə, yəni bacaya yaxın getmək istəmirdi. İndi isə bacanın üstünü örtməli, yan-yörəsindəki gili ayağı ilə suvamalıydı. Atasının köməyi ilə evin yanından çıxan kələ- kötür daşların üstü ilə dama çıxdı. Bacadan qorxsa da tez həmin yerin gilin ayağı ilə sürüşdürdü, bacanı isə qalın şüşə parçası ilə bağladı. Atası ona damdan düşməkdə kömək etdi. Palçıqlı ayaqlarını navalçadan axan suyla yudu, evə gəldilər. Zeynalabdin atasından soruşdu?
-Atacan, dama niyə gil tökürlər. Gil suyu buraxmır ona görə?.
Ata dedi.
-Oğlum Allah insanı da gildən yaradıb. Sonra ona üfləyib ruh verib. Gil artıq qalanda insandan soruşub ki, sənin üçün nə yaradım? İnsan əvvəlcə yurd istəyib. Sonra isə deyib ki, xoşbəxtlik istəyirəm. Onda Allah ona heç nə demədən qalan gili insanın ovcuna qoyub. Ona görə deyirlər ki, xoşbəxtlik hər bir insanın öz əlindədir. Bax, oğlum, sən bu gün gili yayıb axan yağış damlalarının qarşısını aldın. Vaxt olar evlər tikərsən. Bəlkə də ən zəngin bir insan olarsan. Amma kim olursansa ol, xeyirxah ol ki, Allah da səni şərdən, pisliklərdən qoruyar.
“Ədəbiyyat və incəsənət”
(02.05.20250