Türk Mədəniyyəti və İrsi Fondu ilə CECECO arasında Anlaşma Memorandumu imzalanıb Featured

18 noyabr 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO)  mədəni irsin qorunması və bərpası üçün dayanıqlı enerji həllərinin təşviqi sahəsində əməkdaşlıq çərçivəsinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

 

“Ədəbiyyat və incəsənət” portalı Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, Anlaşma Memorandumu Fondun prezidenti Prof. Aktotı Raimkulova və CECECO-nun icraçı direktoru xanım Aysel Yaqubova tərəfindən imzalanıb.

Memoranduma əsasən, iki qurum mədəni irsin qorunması və bərpası üçün bərpa olunan enerji və enerji səmərəliliyi həllərinin təşviqi, eləcə də “yaşıl mədəni irs” konsepsiyasına uyğun birgə layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcək.

Əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə birgə tədqiqatların aparılmasını, təlim və tədris proqramlarını, eləcə də seminar, sərgi və digər tədbirlərin təşkilini əhatə edir.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.