İstanbulda 27 Sentyabr – Anım Günü qeyd olunub

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

27 Sentyabr – Anım Günü münasibətilə İstanbulda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 

Tədbir İstanbul Şehit Aileleri Yardımlaşma Sosial Kültürel ve Dayanışma Dərnəyi və Azərbaycan Şəhid Analarını Dəstək İctimai Birliyi tərəfindən birgə təşkil edilib.

Anım mərasimində Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən igid əsgər və zabitlərimizin, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad olunub. Bəli, şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.

Onların müqəddəs xatirəsi daim uca tutulacaq.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.