Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
18 sentyabrda Bakıda, Atatürk Mərkəzində Türk Dünyası Qadın Şairlər Birliyinin təşəbbüsü ilə Türk dünyası qadın şairlərinin mötəbər görüşü keçirildi.
“Qoy sözümüz birliyimiz, qələmimiz körpümüz, şeirimiz ürəkdən-ürəyə uzanan əbədi bağımız olsun!”
Birliyin sədri Xuraman Muradova çıxışında Tomris Xatundan bu günədək Türk qadınının sarsılmaz nüfuzunu, sədaqətini və nəcib gücünü vurğuladı; Məhsəti Gəncəvi, Natəvan, Zərifə xanım Əliyeva, Aida xanım İmanquliyeva, böyük sərkərdəmizin daim yanında dayanan nəcib Türk qadını Mehriban Əliyeva və Leyla Əliyevanın mədəni irsimizə qatdığı dəyərləri dilə gətirərək öz şeirini səsləndirdi.
Mərasimdə çox sayda mötəbər elm xadimi, ziyalı və dəvətli qonaq iştirak etdi.
İştirak edən şair xanımlar:
Türkiyə: İnci Okumuş, Gonca Hatunoğlu Yılmaz, Sündüs Arslan Akça, Yüksel Kabaklı, Gülşah Kabaklı, İclal Akkaşlan
Özbəkistan: Nərgiz Əsədova
Qazaxıstan: Assel Ospan
Qırğızıstan: Tolqonay Sarıyeva
Şimali Kipr: Feyzan Korur
Şimali Makedoniya: Leyla Şərif Emin
Başqırdıstan: Tənzilə Dövlətberdina
Tatarıstan: Şəmsiyyə Cahangirova
Güney Azərbaycan: Şərifə Cəfəri
Çıxışçılar və dəvətli qonaqlar:
Akademik Nizami Cəfərov, Xuraman Muradova, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Ədəbiyyatı Vəqfinin sədri Sərhəd Qabaqlı, Xalq yazıçısı Çingiz Abdullayev, Prof. Dr. Mahirə Hüseynova, türkoloq Şərəf Cəlilli, yazıçı Varis, Prof. Dr. Fuad Məmmədov və qonaq şairlər.
Tədbirdə çox sayda tanınmış ziyalımız, alimlərimiz və dövlət xadimləri iştirak ediblər.
Türk xalqlarının dillərində səslənən şeirlər tədbirə xüsusi gözəllik verib. Onlara hədiyyə edilən Azərbaycanın milli kəlağayısı çiyinlərə atılaraq gözəl bir həmrəylik mənzərəsi yaradıb.
“Ədəbiyyat və incəsənət”
(21.09.2026)


