​Sandor Szabo: "Türk dünyasının musiqi irsi Bakıda birləşir" Featured

18–20 sentyabr 2026-cı il tarixlərində Bakıda Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək.

 

​“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, mötəbər tədbirdə iştirak edən macarıstanlı musiqişünas-tədqiqatçı Sandor Szabo Qurultay ilə bağlı təəssüratlarını bölüşdüyü salamlama videosu yayımlayıb.

Tədqiqatçı öz çıxışında Türk dünyasının zəngin və köklü musiqi irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından bu tədbirin müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 Bakıda keçirilən bu tarixi görüşdə iştirak etməkdən şad olduğunu bildirən Sandor Szabo təşkilatçılara öz dərin minnətdarlığını ifadə edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.