MƏRHUM QƏNİRƏ XANIMA HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONQRES KEÇİRİLƏCƏK
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Azərbaycanlı siyasətçi, yazıçı, şair və ziyalı Qənirə Paşayeva türk dünyasının ortaq mədəni dəyərlərinə, ədəbiyyatına, siyasətinə və birlik idealına mühüm töhfələr vermiş, vəfatından sonra da ideyaları, əsərləri və türk dünyasına həsr etdiyi fəaliyyəti ilə yaşamaqda davam etmişdir. Qənirə Paşayevanın siyasi, ədəbi, mədəni və intellektual irsinin elmi baxımdan araşdırılmasına həsr olunan mühüm beynəlxalq akademik tədbir keçiriləcək.
Türk Akademisyenler Birliyi tərəfindən təşkil olunan “ Qənirə Paşayeva və Türk Dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” adlı Beynəlxalq Konqres 27–28 sentyabr 2026-cı il tarixlərində onlayn formatda keçiriləcək.
Konqresin məqsədi yalnız Qənirə Paşayevanın Azərbaycanın siyasi və ictimai həyatındakı yerini deyil, həm də onun türk dünyasına baxışlarını, ədəbi və mədəni yaradıcılığını, parlament fəaliyyətini və beynəlxalq münasibətlərə verdiyi töhfələri müxtəlif elmi istiqamətlərin perspektivindən araşdırmaqdır.
Qənirə Paşayeva Azərbaycan ictimai həyatının tanınmış simalarından biri olmaqla yanaşı, yalnız siyasi kimliyi və parlament fəaliyyəti ilə deyil, ədəbiyyat, mədəniyyət və türk dünyasının ortaq dəyərlərinin təbliği istiqamətindəki fəaliyyəti ilə də seçilmişdir.
Onun fəaliyyətinin ən səciyyəvi xüsusiyyətlərindən biri siyasəti yalnız institusional və parlament fəaliyyəti ilə məhdudlaşdırmaması, ədəbiyyat, mədəniyyət, media, təhsil və xalqlar arasındakı münasibətləri də türk dünyasının ortaq gələcəyi kontekstində qiymətləndirməsi olmuşdur.
Paşayeva türk dünyasının müxtəlif bölgələri arasında mədəni və intellektual əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Bu baxımdan onun irsi yalnız Azərbaycan üçün deyil, həm də türk dünyasının ortaq mədəni yaddaşı və vahid gələcəyə yönəlmiş intellektual axtarışları baxımından mühüm əhəmiyyət daşıyır.
Onun şeirləri, kitabları, məqalələri və mədəni fəaliyyəti ədəbi və intellektual dünyasının müxtəlif aspektlərini ortaya qoyduğu halda, siyasi və parlament fəaliyyəti türk dünyası, beynəlxalq münasibətlər və mədəni diplomatiyaya dair yanaşmasının mühüm hissəsini təşkil edir.
Bu səbəbdən Qənirə Paşayevanın irsi siyasi elmlər, beynəlxalq münasibətlər, diplomatiya, ədəbiyyat, mədəniyyət, kommunikasiya, təhsil və sosial elmlər də daxil olmaqla geniş elmi istiqamətlər üçün aktual əhəmiyyət daşıyır.
Konqresin əsas məqsədi QənirəPaşayevanı yalnız yad etmək deyil, onun siyasi, ədəbi, mədəni və intellektual irsini elmi əsaslarla dəyərləndirmək və türk dünyası ilə bağlı aktual məsələləri multidissiplinar yanaşmalar əsasında müzakirəyə çıxarmaqdır.
Konqres çərçivəsində Qənirə Paşayevanın siyasi kimliyi, ictimai xidməti, parlament fəaliyyəti və türk dünyası vizyonu ilə yanaşı, onun ədəbi, mədəni və intellektual irsinə də xüsusi diqqət yetiriləcək.
Bununla yanaşı, siyasət, beynəlxalq münasibətlər, diplomatiya, ədəbiyyat, mədəniyyət və mədəni irs, təhsil, elm, akademik əməkdaşlıq, media, cəmiyyət, qadın və gələcəyə baxış konqresin əsas tematik istiqamətlərini təşkil edəcək.
Əsas mövzu ilə bağlı orijinal, fənlərarası və müqayisəli elmi tədqiqatlar da konqresdə təqdim olunmaq üçün nəzərdən keçiriləcək.
Dünyanın müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların, yazıçıların, şairlərin, jurnalistlərin, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakına açıq olan konqres ölkələr arasında akademik və mədəni kommunikasiyanın inkişafına da töhfə verməyi qarşıya məqsəd qoyur.
Konqresdə məruzələr türk, Azərbaycan və ya ingilis dillərində təqdim edilə bilər.
Türk Akademisyenler Birliyi tərəfindən təşkil olunan konqres yalnız Ganirə Paşayevanın ideya və yaradıcılığının gələcək nəsillərə çatdırılmasını deyil, həm də türk dünyasının ortaq problemlərinin beynəlxalq akademik çevrələrdə müzakirəsi üçün mühüm platforma yaratmağı hədəfləyir.
Xüsusilə müxtəlif ölkələrdən olan tədqiqatçıların eyni akademik platformada bir araya gətirilməsi türk dünyasının ədəbiyyat, mədəniyyət, siyasət, diplomatiya və beynəlxalq münasibətlər sahələrindəki ortaq dəyərlərinin müqayisəli şəkildə araşdırılması üçün yeni imkanlar yaradacaq.
Bu baxımdan konqres yalnız xatirə tədbiri deyil, həm də elmi düşüncə, mədəni diplomatiya, akademik əməkdaşlıq və türk dünyasının ortaq gələcəyi ilə bağlı yeni perspektivlərin formalaşdırılmasına yönəlmiş beynəlxalq toplantı kimi nəzərdə tutulur.
Türk Akademisyenler Birliyinin Başqanı Dos. Dr. İzzettin Özpolat Konqresin sədri, Türk Akademisyenler Birliyinin Başqan müavini və Beynəlxalq Təmsilçiliklər Komissiyasının sədri Prof. Dr. Təranə Turan Rəhimli isə Təşkilat Komitəsinin sədri vəzifəsini icra edəcək.
Qənirə Paşayevanın siyasi mübarizəsi, ədəbi dünyası, mədəni fəaliyyəti və türk dünyasında birlik idealına dair baxışları 27–28 sentyabr tarixlərində keçiriləcək beynəlxalq konqresdə müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə yenidən nəzərdən keçiriləcək.
Bu mənada konqres yalnız QənirəPaşayevanın xatirəsini yaşatmaq məqsədi daşımır, eyni zamanda onun irsinin araşdırılması, müzakirə edilməsi və gələcək nəsillərə çatdırılmasını hədəfləyən mühüm akademik və mədəni təşəbbüs kimi diqqəti cəlb edir.
“Ədəbiyyat və incəsənət”
(02.09.2026)


