Azərbaycan və Qırğızıstan: Sarsılmaz dostluqdan müttəfiqliyə Featured

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasındakı münasibətlərin durmadan inkişafı, dostluq və qardaşlıq birliyi ən əvvəl özünü birinci şəxslərin yüksək səviyyəli səfərlərində özünü göstərir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Bizim ailəmiz türk ailəsidir” söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstana 2 dövlət səfəri (11–12 oktyabr 2022 və 30–31 iyul 2026) və 4 işgüzar səfər edib. Qırğız Respublikasının Prezidenti Sadır Caparov tərəfindən isə Azərbaycana 1 rəsmi səfər (19–20 aprel 2022), 1 dövlət səfəri (24–25 aprel 2024) və 6 işgüzar səfər edib ki bunlardan da ən sonuncusu 17 may 2026-cı iı tarixində WUF13-də iştirakına təsadüf edib.

 İki ölkə arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulub. 2007-ci ildə Qırğız Respublikasında Azərbaycan səfirliyi açılıb.  2014-cü ildən isə ölkəmizdə Qırğız Respublikasının səfirliyi fəaliyyət göstərməkdədir.

 İki ölkə arasında indiyə qədər ən müxtəlif sahələrdə əməkdaşlığa aid ümumilikdə 119 sənəd imzalanıb. Bunların içində xüsusi əhəmiyyət kəsb edənlər fərqlənməkdədur:

-“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, 31 iyul 2026, Çolpon-Ata.

-“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”, 31 iyul 2026, Çolpon-Ata.

-“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi”, 20 aprel 2022, Bakı.

-“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”, 20 aprel 2022, Bakı.

 Siyasi, iqtisadi, mədəniyyət və sosial sahələrdəki yaxın münasibətlərin əməli nəticəsi olaraq:

-Azərbaycanın maliyyə dəstəyi ilə Bişkekdə Qırğız-Azərbaycan Dostluq Parkı yaradılıb. 11 oktyabr 2022-ci il tarixində Qırğızıstana dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev parkın rəsmi açılış mərasimində iştirak edib.

-2022-ci il oktyabrın 12-də Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi adına 103 nömrəli orta məktəbin və Heydər Əliyev adına 20 nömrəli gimnaziya kompleksinin açılış mərasimində iştirak edib.

-Bakı şəhərinin 133 nömrəli orta məktəbinə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun adı verilib.

 -Binəqədi rayonundakı bir parkda Çingiz Aytmatova abidə qoyulub.

 -Bakı ilə Bişkek, Gəncə ilə Oş, habelə Göyçay ilə Kant şəhərləri arasında qardaş şəhər əlaqələri yaradılıb.

 -Qırğız hökumətinin maliyyə dəstəyi ilə işğaldan azad edilmiş Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib.

 İlham Əliyev əminliyini ifadə edir ki, Azərbaycan-Qırğızıstan müttəfiqliyi hər iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə möhkəmlənəcəkdir.

Münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi müstəvidə real layihələrlə (məsələn, yaradılmış birgə İnvestisiya Fondu vasitəsilə) möhkəmləndiyi xüsusən vurğulanmalıdır.

AZALhazırdaBakı–BişkekBakı marşrutu üzrə həftədə dördplanlı uçuş, eləcə də Bakı–İsık-KulBakı marşrutu üzrə həftədə birqeyri-planlı uçuş həyatakeçirir.

Ümumən, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursuTürk dünyasının birliyini və iki qardaş ölkənin strateji maraqlarını qorumağa xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.