Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb Featured

7 iyul 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsili naziri Ezozxon Kərimova ilə görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalınaTürk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı Türk Dünyası ölkələri arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, gənc nəslin ortaq türk mədəni irsi, tarixi və mənəvi dəyərləri haqqında biliklərinin artırılması, eləcə də bu istiqamətdə birgə layihə və təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər ortaq mədəni irsin təhsil vasitəsilə gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)



 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.