Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Rüblük mədəniyyət, ədəbiyyat və fikir jurnalı olan “Taxta Gəmi”nin 7-ci sayı nəşr olunub. Almaniyada fəaliyyət göstərən jurnalın bu sayının əsas mövzusu “Kafka” olaraq müəyyən edilib.
“Yeddinci sayın həyəcanı ilk sayın həyəcanından bir qram da olsun əskik olmadı; əksinə, hər yeni say əvvəlkinin çiyinlərinə basaraq bir az da yüksəyə baxdı. Bu göyərtədə nələri daşımadıq ki... Kafkanın Milenaya yazdığı məktubların hüznünü daşıdıq; bir imperiyanın cəbhələrində çaparaq gedən atların nallarının səsini, dünyanın dörd bir yanında yandırılan anaların ağılarını, sürgün kürsüsündən danışan mütəfəkkirləri daşıdıq. Bir səhifəmizdə bağlamanın simi titrədi, digər səhifəmizdə Misir nəğməsinin əks-sədası eşidildi; bir yazıda yüz il əvvəl çəkilmiş unudulmuş bir fotoşəkil dilə gəldi, başqa bir yazıda isə bu günün ağrıları danışdı. Biz bir hekayə yazdıq; amma bu hekayənin ən gözəl tərəfi onun hələ də bitməmiş olmasıdır.” – redaksiya heyətinin düşüncəsi belədir.
Zəngin portretləri və tarixi detalları ilə diqqət çəkən jurnalın yeni sayında aşağıdakı müəlliflərin yazıları yer alıb: Sabri Uçar Çalışkan, Dr. Sine Aras Akten, Mehmet Yıldız, Ayşegül Ayan, Hatice Dikbaş, Sebahattin Çelebi, Semra Işık Aydın, Recep Kadiroğlu, Hürrem Erman, Cem Bahadır, Ekaterina Sıkar, Şamil Dağ, Erdal Çolak, Murat Ayneli, Vahdet Türkmen, Cihan Saygın, Enis Behiç, Dr. Oya Gönen, Ahmet Zeki Yeşil və Sevda Doğangüzel.
Fərqli bir xətt üzrə jurnalçılıq fəaliyyəti göstərməyi və mədəniyyətimizə xidmət etməyi qarşısına məqsəd qoyan “Tahta Gemi” jurnalını www.tahtagemi.net və “turkkitap.de” internet ünvanlarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(26.06.2026)


