Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb Featured

11 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi cənab Gürsel İsmayılzadə ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı Fond tərəfindən həyata keçirilən beynəlxalq layihələr, türk xalqlarının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər, eləcə də təşkilatın yaxın perspektiv üçün müəyyən etdiyi prioritet fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Professor Aktotı Raimkulova Fondun üzv və müşahidəçi ölkələrində, habelə digər dövlətlərdə qədim türk tarixi-mədəni irsinin qorunmasına yönəlmiş təşəbbüslər, beynəlxalq təşkilatlarla qurulmuş əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələr barədə məlumat verib.

Cənab Gürsel İsmayılzadə Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın türk dövlətləri arasında mədəni-humanitar əlaqələrin inkişafına, eləcə də türk dünyasının beynəlxalq platformalarda daha geniş tanıdılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)


 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.