10 İyun 2026-cı il tarixində saat 16:00-da Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın “Türk dünyasının diplomatiya inciləri” kitab seriyasının yeni nəşrinin – Görkəmli ictimai, dövlət və siyasi xadim, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, Tarix elmləri doktoru, professor Həsən Həsənovun müəllifi olduğu “Macar-Azərbaycan ortaq etnik kökləri” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitab macar-türk xalqları arasında tarixi paralelləri və leksik əlaqələri sistemli şəkildə araşdırır. Dyula Nemet, Layoş Liqeti, Zoltan Qomboç və digər macar alimlərinin türk dili haqqında irəli sürdükləri fikirləri ümumiləşdirərək mövzunun kompleks elmi təhlilini təqdim edir. Əsər macar-türk münasibətlərinin dərin tarixi köklərini və dil müstəvisində formalaşmış qarşılıqlı təsirləri aydın şəkildə ortaya qoyulması baxımından mühüm elmi əhəmiyyətə malikdir.
Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri eləcə də media təmsilçiləri iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(10.06.2026)


