İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Mənşəcə azərbaycanlı olan türkiyəli televiziya prodüseri və aparıcısı Acun Ilıcalının doğum günüdür. "Acun Medya"nın və Exxen platformasının yaradıcısı və sahibidir.
Elə dərhal onu deyim ki, Acun bəy bu ad gününə misilsiz xoşbəxtliklə qədəm qoyur. Milyardçı həmyerlimizin İngiltərədə aldığı və böyük sərmayə qoyduğu “Hall siti” adlı futbol klubu pley-off oyununda “Midlsbro”nu məğlub edərək Premyer-liqaya vəsiqə qazanıb. İnanılmaz bir nailiyyətdir.
Acun bəy 29 may 1969-cu ildə Ədirnə vilayətində dünyaya gəlib. Ailəsi Ərzurumun Ilıca mahalında yaşayıb. Qeyd etdim, ata tərəfdən əslən azərbaycanlıdır. İlk və orta təhsilini "Edirne İstiklal İlköğretim Okulu"nda alıb, "Kadıköy Maarif Koleji"nin orta bölümündə tamamlamışdır. "Kadıköy Anadolu Lisesi"ni bitirdikdən sonra "Gazi Üniveristesi"nin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunmuşdur. Lakin universitetdə oxumayıb, televizyanı seçib
1995-ci ildə bir mağaza açmış, ticarətə başlayıb, lakin daha sonra müflis olub. Bir dostu vasitəsilə Melihcan Tunçla tanış olan Acun, futbol bacarığını ona göstərib, Melihcan heyrətə gəlmiş və onu öz yanında işə götürüb. Beşiktaşın müxbiri ikən futbolçularla səmimi olub özəl reportajlar hazırlamağa başlayıb və beləliklə ulduzu parlayıb. Daha sonra Şansal Büyükanın komandasına transfer olub.
Televole-nin idman jurnalı olan vaxtlarında dünyanı gəzməyə başlayıb və özünə aid bir bölmədə bunlar haqqında yazmağa başlayıb. Daha sonra 2002-ci ildə bu səyahəti "Acun Firarda" adlı bir verilişlə davam edib. Beləliklə 105 ölkəni gəzib 2005-ci ildə Acun Medya adlı bir şirkət qurub. Fear Factor, Survivor — Kızlar-Erkekler, Survivor Türkiye-Yunanistan, Survivor — Aslanlar-Kanaryalar, Var mısın Yok musun, Devler Ligi, Yetenek Sizsiniz və Yok Böyle Dans proqramlarının prodüseri, münsifi və aparıcısı olub.
Əlavə olaraq Uğur Dündarın aparıcılıq etdiyi "Yoksa Rüya Mı?" və Behzat Uygurun aparıcılığını etdiyi "Söyle Söyleyebilirsen" verilişlərinin də yaradıcısı Acun Ilıcalı olub. Türkiyə və Anadoluda göstərdiyi stand-up şouları ilə həyat yolunu izləyicilərə komik bir tərzdə çatdırıb.
Son olaraq məşhurlarla hazırladığı Yok Böyle Dans yarışmasından gələn gəlirlə əqli çətinlikləri olan uşaqlar üçün məktəb hazırlatdırır. 2013-cü ildə 70 milyon dollar qarşılığında TV8 kanalını alıb. Kanalın qiyməti 1 ildən sonra 400 milyon dollara qədər qalxıb.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(29.05.2026)


