15 May 2026-cı il tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin evsahibliyi ilə Türk dünyasının mənəvi paytaxtı Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusuna həsr olunmuş qeyri-rəsmi Sammiti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalıTürk Mədəniyyəti və İrsi Fondunun rəsmi sosial media hesabına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev iştirak ediblər.
Sammit çərçivəsində eləcə də Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri, o cümlədən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


