“İnsan ağlayan gözününü əsiridir”, deyir Meral Erbağa Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində çağdaş türk dünyası yazarlarının təqdimatını davam edirik.

 

Meral Erbağa, qardaş Türkiyənin dəyərli yazarlarından biridir. Xüsusilə uşaq ədəbiyyatı və şeir sahələrində əsərlər yaradan yazıçıdır. Onun kitabları ilə sizləri tanış etmək istərdim.

 

Şeir kitabları:

        Həsrətin ötəsi yox

        Sənsizliyimdə (2021)

        Kəpənəyin ömrü

        Ağlayan gözüm, mən sənin əsirinəm

        Dəniz kənarında yarım

        Qalan xəyallarım

 

 Uşaq kitabları:

        Canavar və gözəl qız

        Dəcəl Berken və dostları

 

Meral Erbağanın şeirləri əsasən sevgi, həsrət və vətən mövzuları üzərində cəmləşir. Uşaq kitablarında isə uşaqlar düzlüyə, səmimiliyə, mərhəmətə çağırılırlar. Bəlkə də günümüzdə elə ən çox çatışmayan nəsnələr də məhz bunlardır.

Onun əsərlərinə BKM Kitap, İstanbul Kitapçısı və Amazon Türkiyə kimi müxtəlif onlayn kitab platformalarından çatmaq mümkündür.

Meral xanım Azərbaycan oxucuları ilə də görüşmək istəyir. Tezliklə kitablarını ölkəmizin kitab bazarlarında görəcəksiniz, qoy bu yazı sizlər üçün Meral xanımla ilkin tanışlıq olsun.

Meral xanıma bu yolda uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.