30 aprel 2026-cı il tarixində Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət gösdərən Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər 260 saylı məktəbdə “Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçiriləcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Dünyası Araşdırmaları Mərkəzindən məlumat verilib.
Tədbirdə millət vəkili Ziyad Səmədov, xalq şairi Sabir Rüstəmxanlı, Yunus Əmrə inistitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan və Türk Dünyası araşdırmalar mərkəzinin rəhbəri Cəlal İbrahimli çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


