Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəli, Teymurilər dövlətinin banisi, tarixdə sərkərdə Əmir Teymur kimi tanınan Barlaslı Tarağayın oğlu Teymur 1336-cı ilin aprel ayının 8-də anadan olmuşdu.
Sibirdə mənfi 40, Hindistanda müsbət 60 dərəcə istidə döyüşmüş, ərazisi 40 milyon kv. km-ə yaxın Asiyanın çox hissəsinə hökmranlıq etmiş, Avropanın bütün krallarından biət məktubu almış, Osmanlının 3 dəfə mühasirəyə alıb ala bilmədiyi İzmiri 7 günə almış, çətin şəraitə görə Çingizxanın geri qayıdıb ala bilmədiyi, Makedoniyalı İsgəndərin 6 ildə ala bilmədiyi Hindistanı 12 aya fəth etmiş Teymurun.
Amma bütün bunlara baxmayaraq riyakar antitürk Avropa Makedoniyalı İsgəndərə böyük, Türk olduğuna görə Teymura isə barbar adı yapışdırmaq istəyir. Guya ki, İsgəndər döyüşlərdə tütək çala-çala döyüşüb. Unutmasınlar ki, tarixin heç bir səhifəsində "Teymur məğlub oldu" cümləsi yazılmayıb.
...Hazırda Bərzəxdə İsrafilin sur çalmasını gözləyən Əmir Teymura cənnətə qovuşmasını arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)


