Onu “Xəz mantolu Madonna”dan tanıyırıq Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1943-cü ildə - 2-cidünyamüharibəsinin çıdırğı bir zamanında İstanbulda bir kitab çıxdı - "XəzmantoluMadonnaadlanırdı. Çox qısa bir zamanda məşhurlaşdı, insanlar müharibə reallığında bu sentimental romanı acgözlüklə xumağa başladılar...

Azərbaycanımızda da uzun illər bu roman “ən çox satılan” oldu...

 

Türkiyə şairi və yazıçısı Səbahəddin Əli 25 fevral 1907-ci ildə əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçüb. Burada 1918–1921-ci illərdə ibtidai təhsil alıb. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olub. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olub.

1922-ci ildə Balıkesir Müəllim Məktəbinə girib. Burada şeir və hekayələr yazıb. Sinif yoldaşları ilə bir sinif qəzeti çıxarıblar. 1927-ci ildə məzun olub. Səbahəddin Əli dövlət hesabına Almaniyada təhsil alıb, geri döndükdən sonra Konya və Ankarada alman dili müəllimi olaraq çalışıb.

1932-ci ildə Konyada şeir məclisində Atatürkə həcv oxuduğu iddiası ilə tutulub və bir il həbs cəzası alıb, lakin bir müddət sonra əvf olunub. Həbsdən sonra təhsil nazirliyində və Ankara Dövlət Konservatoriyasında işləyib. "İçimizdəki şeytan" romanı milliyyətçilərin qəzəbinə səbəb olmuş və yazara qarşı basqılar artıb.

Bu romandan sonra Səbahəddin bəy işdən çıxarılıb. Bundan sonra Əziz Nesin və Rüfət İlqazla "Marqo Paşa", "Mərhum Paşa" adlı siyasi-yumoristik dərgilər çıxarıb. Ancaq bu dərgilər də hökumət tərəfindən bağlanıb. S. Əli dərgidəki yazıları üzündən 3 ay həbsdə olub.

Həbsdən çıxdıqdan sonra siyasi basqı, təqiblər və işsizlik ucbatından 1948-ci ildə xaricə qaçmaq istərkən sərhəddə guya ona yol göstərməli olan Əli Ertəkin adlı dövlət işçisi tərəfindən xaincəsinə qətlə yetirilib. Səbahəddin Əlinin məzarının yeri bilinmir. Səbahəddin Əli yaradıcılığa şeirlə başlayıb.

"Sərvəti-fünun", "Günəş", "Həyat" kimi dərgilərə yazan S. Əlinin ilk hekayəsi "Bir ormanın hekayəsi"dir. Həbsdən çıxdıqdan sonra (1934–1936) "Kamal", "Qaranquş", "Ərəb Xeyri", "Bazarçı", "Öküz arabası" adlı hekayələri ilə daha da məşhurlaşıb. 1934-cü ildə xalq şeirləri üslubundakı şeirlərini "Dağlar və Rüzgar" adlı kitabında toplayaraq nəşr etdirib.

Səbahəddin Əlinin "Quyucu Yusif" (1937), "İçimizdəki şeytan" (1940), "Xəz mantolu Madonna" (1943) adlı romanları, "Dəyirman", "Öküz arabası", "Səs", "Yeni dünya", "Şüşəli köşk" adlı hekayələr kitabı, "Dağlar və Rüzgar", "Qurbağanın serenadası, başqa şeirlər" adlı şeirlər kitabı və "Əsirlər" adlı bir dram əsəri vardır.

Bundan başqa yazar Hofmandan, Puşkindən ("Generalın qızı"), Sofokldan türk dilinə tərcümələr də edib. Çağdaş dövrdə də Səbahəddin Əli sevilərək oxunub və müasirliyini itirməyib. Lakin maraqlı budur ki, S. Əlinin müasir dövrdə daha çox şeirlərinə müraciət edilib.

 

Əsərləri

"Şeirləri"

- Dağlar ve Rüzgâr (1934 – Yeni Eklerle 1943).

- Kurbağanın Serenadı ve Öteki Şiirler'le birlikte (1937)

- Bütün şiirleri.(YKY)

"Bəstələnən şeirləri"

- Hapishane Şarkısı V (Aldırma Gönül – Kerem Güney, Edip Akbayram)

- Leylim Ley (Zülfü Livaneli)

- Hapishane Şarkısı I (Göklerde Kartal Gibiydim / Nazlı Yarim – Deniz Akyürek)

- Hapishane Şarkısı III (Geçmiyor Günler – Ahmet Kaya)

- Çocuklar Gibi (Sezen Aksu)

- Kız Kaçıran (Ahmet Kaya)

"Hekayələr"

- Değirmen

- Kağnı

- Hanende Melek

- Ses

- Kağnı – Ses (İki Kitap Birlikte)

- Yeni Dünya

- Kamyon

"Romanları"

- Quyucaqlı Yusuf

- İçimizdəki şeytan

- Xəz mantolu Madonna

"Toplamaları, tərtibləri"

- Markopaşa Yazıları ve Ötekiler

- Çakıcı'nın İlk kurşunu

- Mahkemelerde

- Hep Genç Kalacağım

"Tərcümələri"

- Tarihte Garip Vakalar, Max Memmerich

- Antigone, Sofokles

- Minna Von Barnhelm, Lessing

- Üç Romantik Hikaye, H. Von Kleist – A. V. Chamisso – E. T. A. Hoffmann

- Fontamara, Ignazio Silone

- Gyges Ve Yüzüğü, Fr. Hebbel

- Yüzbaşının Kızı, A. S. Puşkin  (Erol Güney ile birlikte)

 

Səbahəddin Əli ədəbi şəxsiyyətini, sosial-realist müstəviyə qoyaraq həyat təcrübəsini oxucuya yönləndirib və Cümhuriyyət dövrünün Türk ədəbiyyatına təsir edən bir şəxs olub. Əsasən hekayə janrında əsərlər yazsa da, romanları ilə məşhurlaşıb, romanlarında müraciət etdiyi sevgi və məhəbbət mövzusunu uzun təsvirlərlə, bəzən də sosial pozuntulara yönəltdiyi tənqidlərlə, siyasi mübahisələrinə istinad edən povestlərlə təbliğ edib.

Onun "Kuyuçaklı Yusuf" (1937), "İçimizdəki şeytan" (1940) və "Xəz paltarında Madonna" (1943) romanları Türkiyənin ədəbi dairələri tərəfindən tanınıb və hər ikisi 20-ci əsr mükafatına layiq görülüb və 21-ci əsrdə öz təsirini qoruyub. Əyridərədə doğulan Səbahəddin Əli ilk hekayə və şeir cəhdlərinə Balıkəsirdə başlayıb, sonra İstanbuldakı ədəbiyyat müəllimi Ali Canip Yöntemin dəstəyi ilə ilk dəfə şeirlərini Akbaba və Çağlayan dərgilərində çap etdirib.

Yazar 2 aprel 1948-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.