Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Bakı Dövlət Universitetinin rektoru arasında görüş keçirilib Featured

20 fevral 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Bakı Dövlət Universitetində olub və universitetin rektoru, professor Elçin Babayev ilə görüş keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər zəngin və qədim türk mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində elmi və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, universitetlərdə türk mədəni irsinin öyrənilməsi, elmi tədqiqatların təşviqi və bu sahəyə marağın artırılması məsələləri xüsusi diqqət mərkəzində olub.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi, akademik əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin təşviqi ilə bağlı niyyət ifadə olunub.

Səfər çərçivəsində professor Aktotı Raimkulova Bakı Dövlət Universitetinin Heydər Əliyev Muzeyi və Lektoriyası, Faydalı Qazıntılar Muzeyi, həmçinin universitetin müasir Elmi Kitabxanası ilə tanış olub. Universitetin fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və mövcud elmi potensialı barədə ətraflı məlumat təqdim edilib.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.