Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri ilə görüşüb Featured

21 yanvar 2026-cı il tarixində Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri Mirbek Mambetaliyev arasında görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə nazir müavini Askaralı Madaminov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nusubalı Yakupbekov da iştirak ediblər.

Görüş zamanı Fond Qırğız Respublikasının sədrliyi ilə 2026-cı ildə birgə layihələrin həyata keçirilməsi ilə bağlı Nazirliklə əməkdaşlıq məsələləri, eləcə də 1926-cı il Bakı Dünya Türkoloji Qurultarının 100 illiyini qeyd etmək üçün birgə tədbirlərin təşkili təşəbbüsləri müzakirə edilib.

Fondun prezidenti tərəfdaşlığı daha da gücləndirməyə və ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib. Nazir öz növbəsində əməkdaşlığı genişləndirməkdə və birgə mədəni və humanitar layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.