“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində növbəti kitab

 

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tanınmış soydaşlarımızın irsinin araşdırılması, tədqiqi və təbliği çərçivəsində Azərbaycan-Türkiyənin önəmli şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlu haqqında araşdırma və nəşr layihəsi həyata keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Mərkəzdən verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan və Türkiyənin tanınmış ictimai-siyasi xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas vəşərqşünas alim Əhməd bəy Ağaoğlunun heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirlərini əks etdirən arxiv materialları əsasında “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” kitabı Türkiyə türkcəsində nəşr edilib. Kitabı nəşrə hazırlayan azərbaycanlı tarixçi, araşdırmaçı, dr. Dilqəm Əhməddir. 

Kitabda ilk olaraq Azərbaycan Respublikası Prezidentiİlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamında ədibin fəaliyyətinə dair fikirləri yer alıb. “Əhməd bəy Ağaoğlu ötən əsrinəvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarındankənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdəfəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarıkimi tanınmışdır. Əhməd bəy Ağaoğlunun ictimai problemlərimənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyədoğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindənbəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinəmalik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinəmühüm töhfədir.”

Tərtibçi Dilqəm Əhməd kitabda vurğulayır ki, “Əhmədbəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərəbağlılığını, həm də modern düşüncəyə açıq mövqeyininümayiş etdirir.”

Qeyd edək ki, kitabdakı materiallar Əhməd bəyAğaoğlunun həyat hekayəsi və şəxsiyyətini dərindən tanımaqistəyənlər, habelə tarix və mədəniyyət məsələlərində fərqli bir perspektiv axtaran oxucular üçün əhəmiyyətlidir. 

Əhməd bəy Ağaoğlu Azərbaycan ictimai fikir tarixindəmaarifçilik, millilik və modernləşmə ideyalarını bir araya gətirən qabaqcıl mütəfəkkir kimi xüsusi yer tutur. O, Şərq vəQərb dəyərlərini uzlaşdırmağa çalışan, milli düşüncəninformalaşmasında mühüm rol oynamış görkəmliziyalılardandır. 

Kitabda ilk dəfə olaraq tanınmış ictimai-ədəbi xadimƏhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər, fotoşəkillər də verilmişdir. 

Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada doğulan, xalqın maariflənməsində mühüm xidmətlərgöstərən Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyətininqurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın silahdaşı, Anadolu Agentliyinin ilk direktorlar şurasının sədri olmuş, Türkiyədə isə ictimai-fəlsəfi məzmunlu bir sıra əsərlərinmüəllifidir.

Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin2-ci və 3-cü çağırış millət vəkili olmuşdur. 

O, Türkiyədə tanınmış azərbaycanlı olaraq milli dövlətçilik və modernləşmə ideyalarının inkişafına töhfələrvermiş, Cümhuriyyətin ideya mühitinə təsir göstərən önəmlifikir adamlarından biri hesab olunur.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitabın Ankara Dövlət Universiteti və İstanbul Universitetində geniş təqdimatının keçirilməsi, habelə Türkiyənin aparıcı Universitetlərinə, kitabxanalarına hədiyyə olaraq göndərilməsi nəzərdə tutulur. 

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.