Qazaxıstanın Aktau şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı – 2025” layihəsinin təntənəli bağlanış mərasimi çərçivəsində baletmeyster Ceyhun Qubadovun rəhbərliyi ilə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
Filarmoniyadan AzərTAC-a bildirilib ki, tədbirdə Azərbaycan xalq rəqsi “Uzundərə” və Gülistan Əliyeva ilə birgə “Əsr türkün əsridir” adlı kompozisiyası tamaşaçılara təqdim olunub.
Sonda baletmeyster Ceyhun Qubadov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mədəniyyət mükafatı ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(03.12.2025)


