Türk Mədəniyyəti və İrsi Fondu İstanbulda anlaşma memorandumu imzalayıb Featured

 

30 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın İstanbul şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Fond ilə Qlobal Dözümlülük və Sülh Şurası (GCTP) arasında Anlaşma Memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qlobal Dözümlülük və Sülh Şurasının prezidenti Ahmed Aljarwan imzalayıblar.

Memorandumun məqsədi mədəni irs, sülh və dözümlülük dəyərlərinin təşviqi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsidir.

Görüş sırasında çıxış edən Aktotı Raimkulova Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən söz açaraq, bu əməkdaşlığın mədəni dialoq  üçün yeni imkanlar yaradacağına inamını bildirib.

Öz növbəsində Ahmed Aljarwan Türk Mədəniyyəti və İrsi Fondunun sülh və mədəniyyətlərarası anlaşmanın təşviqində mühüm rol oynadığını vurğulayıb və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinin beynəlxalq əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

Tərəflər arasında imzalanan sənədin gələcək layihələrin icrasında qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.