19 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı, Qırğızıstanın YUNESKO yanında daimi nümayəndəliyi və TÜRKSOY tərəfindən görkəmli Qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş "Çingiz Aytmatov və YUNESKO: Dünyanı Birləşdirən Ümumi Miras" adlı beynəlxalq konfrans təşkil olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilibdir.
Tədbir çərçivəsində, Qırğız Respublikası Yazıçılar Birliyinin sədri və keçmiş təhsil naziri Kanıbek İmanaliyevin Qırğız xalqının tarixi, mədəniyyəti və taleyindən bəhs edən "Qırğızlar" kitabının təqdimatı baş tutubdur. Nəşr fransız, rus, ingilis, alman, ərəb, çin, koreya, türk, Azərbaycan və fars dilləri daxil olmaqla on dilə tərcümə edilib.
Konfrans barədə daha geniş məlumatla sizləri yaxın saatlarda tanış edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(20.09.2025)