Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib Featured

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik mətnində deyilir:

 

Azərbaycan Respublikasının 

Birinci vitse-prezidenti Mehirban xanım Əliyevaya

 

Hörmətli Mehriban xanım! 

Sizi doğum gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür və cansağlığı arzulayırıq.

Siz müasir Azərbaycanın dövlət quruculuğunda, ölkənin dünyada tanıdılmasında, habelə vətəndaşların rifahının yüksəldilməsində müstəsna xidmətləri olan örnək şəxsiyyət və həssas qəlbli dövlət xadimisiniz. Sizin Azərbaycanın zəngin mədəni irsinin, o cümlədən möcüzəli muğamının dünyada tanıdılmasındakı rolunuz, humanitar və xeyriyyəçilik fəaliyyətiniz, təhsil və səhiyyə sahələrinə verdiyiniz önəmli dəstəkləriniz, eləcə də Türk mədəniyyətinin və incəsənətinin inkişafındakı müstəsna xidmətləriniz tarixin qızıl səhifələrində daim yaşayacaqdır. Nəcib və humanist addımlarınız, insanların qayğılarına qarşı yüksək diqqətiniz Sizi dünyanın xeyirxahlıq rəmzlərindən birinə çevirmişdir. 

Bu gün doğma Qarabağ hər an çiçəklənir, inkişaf edir və uzun illər işğal altında qalmış Azərbaycan torpaqlarına həyat qayıdır. Siz, öz xalqınıza olan misilsiz sevginizin ifadəsi kimi Qarabağın sürətli quruculuğunda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevlə çiyin-çiyinə duraraq yorulmadan çalışır və möhtəşəm qayıdışın təmin edilməsinə mühüm töhfə verirsiniz. Həqiqətən də, Qarabağa etdiyiniz birgə səfərləriniz, eləcə də bu səfərlərdə həm təməli qoyulan yeni infrastruktur layihələri, həm də icrası başa çatan və insanların istismarına verilən yeni yaşayış mərkəzləri, mədəniyyət ocaqları Azərbaycan xalqının tarixi salnaməsinə əbədilik həkk edir. 

Hörmətli Mehriban Xanım!

Bir daha Sizi doğum gününüz münasibəti ilə təbrik edir, Sizə ailə səadəti, firavanlıq və dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

Hörmətlə, 

Aktotı Raimkulova

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.