Gülten Akın şiir mükafatı – qardaş Türkiyədə poeziyanı stimullaşdıran növbəti bir törəndir. Mükafatı qazanan şairə 20000 lirə, 100 kitab və plaket təqdim ediləcək. Son müraciət tarixi – 31 dekabr, 2025-ci ildir.
“Ədəbiyyat və incəsənət” portalına mükafatın təşkilat komitəsində təmsil edilən Kərim Özbəklərin verdiyi məlumata görə:
· Yarışmanın mövzusu: sərbəstdir.
· Mükafata qatılacaq şairlər, müraciətin son tarixində 35 yaşını keçməməlidirlər.
· Seçici komitənin üzvləri və Gülten Akın’ın yaxınları mükafata qatıla bilməzlər.
· Namizədlər, kitab bütövlüyü daşıyan və daha əvvəl mükafat almamış bir faylla müraciət edə bilərlər.
· Namizədlər, iştirak etdikləri faylın orijinal olduğunu və mükafat şərtlərini qəbul etdiklərini bildirmiş sayılırlar.
· Namizədlər, fayllarını Word proqramında 1,5 sətir aralığında, 12 punto Times New Roman şrifti ilə, hər səhifənin üzərinə əsərin adını yazaraq PDF formatında göndərməlidirlər. Faylın ilk səhifəsində isə yalnız əsərin adı və rumuz olmalıdır.
· Namizədlər, şəxsiyyət məlumatlarını (ad, ünvan, telefon, şəkil), həyat hekayələrini və hansı rumuzla iştirak etdiklərini göstərən ayrı fayl hazırlayıb göndərməlidirlər.
· Nəşriyyat, münsiflər heyəti qiymətləndirməsini bitirənə qədər mükafata namizəd şairlərin şəxsiyyət məlumatlarını münsiflərlə paylaşmır.
· Mükafat alan şair növbəti il üçün münsif heyətinə seçilmiş sayılır.
· Seçici komitə qiymətləndirməsini 15 Mart 2026-cı ilədək tamamlayır, mükafat nəticəsi 21 Mart Dünya Şeir Günündə Balad Şeir Fondu tərəfindən elan edilir.
· Mükafat alan şairə mükafat, avqust ayında Yozgatın Bahadın qəsəbəsində keçirilən Beynəlxalq Bahadın Mədəniyyət Festivalında təqdim olunur.
· Mükafat alan əsər, mükafat mərasimindən əvvəl Balad Şeir Fondu tərəfindən Kanguru Nəşriyyatı etiketi ilə nəşr olunur. Şairə 20.000 TL, 100 kitab və bir plaket verilir.
· Mükafat bir əsərə verilir, bölünmür və digər namizədlər barədə məlumat verilmir. Bundan əlavə, mükafat alan şair gələcək illərdə yarışmaya qatıla bilməz.
· Mükafata qatılacaq fayllar ən gec 31 Dekabr 2025-ci il tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir (müddətdən sonra göndərilən və şərtlərə uyğun olmayan fayllar qiymətləndirilməyəcək).
· Münsiflər:Özkan Mert (münsif başçısı) - Arzu K. Ayçiçek - Gültekin Emre - Engin Fırat - Bircan Çelik - Haydar Eroğlu - İbrahim Canpolat.
“Ədəbiyyat və incəsənət”
(25.08.2025)