DGTYB "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" layihəsini həyata keçirir

Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" adlı layihə icra olunur.

 

“Ədəbiyyat və incəsənət” portalına DGTYB-dən verilən məlumata görə, təşkilatın  başqanı, şair -publisist İntiqam Yaşarın rəhbərliyi ilə icra olunan layihə çərçivəsində Qərbi Azərbaycan mövzusunda yazılmış hekayələr kitablaşdırılaraq çap olunacaq.

İki dildə çapının həyata keçirilməsi planlaşdırılan kitabın Azərbaycanın paytaxtı Bakı şəhərində, Türkiyənin paytaxtı Ankara şəhərində və Özbəkistanın paytaxtı Daşkənd şəhərində ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş təqdimat törənlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyi mütəmadi olaraq Türk ölkə və topluluqlarında  Türk dünyası ilə bağlı beynəlxalq layihələr həyata keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.