Sabah AYB-də Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş konfrans və “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçiriləcək Featured

17 iyul tarixində, saat 15-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda (Xəqani küçəsi, 53) Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans, böyük şairin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunun xəbər verilib ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Moldova və Belarusdan gəlmiş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Yubiley tədbiri böyük mütəfəkkir şairin ədəbi irsinin təbliği, onun türk dünyası ədəbiyyatındakı yerinin müzakirəsi və qardaş ölkələr arasında mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Spikerlər arasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov da yer alacaq.

Tədbir çərçivəsində şairin yaradıcılığının təbliğinə və elmi araşdırılmasına töhfə verəcək səkkiz müxtəlif mövzu müzakirə olunacaq. Konfransda incəsənət və ədəbiyyat xadimləri, mütəfəkkirlər, media təmsilçiləri, tələbə və gənc yazarlar, eləcə də Bəxtiyar Vahabzadə yaradıcılığına maraq göstərən ictimaiyyətin iştirakı gözlənilir. Tədbir, B. Vahabzadə yaradıcılığı ilə bağlı ədəbi-düşüncə mübadiləsinə zəmin yaratmaqla yanaşı, klassik ədəbiyyatın çağdaş təbliğinə də mühüm töhfə verəcək.

 

Tədbirə qatılmaq istəyən media mənsublarına bildiririrk ki, mətbuatla bağlı məsələlər üçün məsul şəxslər qismində Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin şəxsi köməkçisi Ləman Şahmuradova (+994-50-737-00-08) və Təşkilatın mütəxəssisi Sona Səlimli (+994-51-981-11-43) təyin edilmişlər.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.