Türk Mədəniyyəti və İrsi Fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasına kitablar hədiyyə edib Featured

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və kitabxananın direktoru Hüseyn Hüseynovun iştirakı ilə görüş baş tutub. Görüş çərçivəsində Türk dünyasının zəngin və çoxəsrlik mədəni-tarixinin təbliği və qorunub saxlanılmasına xidmət edən, Fond tərəfindən nəşr olunmuş müxtəlif kitablar kitabxanaya hədiyyə olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, tərəflər qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini vurğulayıblar.

Kitablarla yaxından tanış olan Hüseyn Hüseynov Fondun prezidenti Aktotı Raimkulovaya kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib, kitabxana daxilində kiçik ekskursiya təşkil edərək onun strukturu və xidmətləri ilə tanış edib.

Görüşün sonunda Mərkəzi Elmi Kitabxananın Diplomatik fondu daxilində Türk Mədəniyyəti və İrsi Fonduna həsr olunacaq xüsusi guşənin yaradılması qərara alınıb.

Bu təşəbbüs gələcəkdə Türk dünyasının zənginmədəni irsinin daha geniş təbliği üçün mühümplatforma olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.