“Savaş ritimləri” onu məşhur etdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Türk ədədbiyyatına dərindən bələd olduqca necə gözəl imzalar ortaya çıxır. Bir belə imza da türk şairi və yazıçısı Cahid Zərifoğlunun imzasıdır. Onu bu isti iyul günündə boşuna xatırlamırıq. Bu gün onun da doğum günüdür. Sağ olsaydı, 85 yaşını qeyd edərdi...

 

Cahid Zərifoğlu 1 iyul 1940-cı il tarixində Ankarada dünyaya göz açıb. Uşaqlığı Siverek, Maraş və Ankarada keçib. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin alman dili və ədəbiyyatı ixtisasını bitirib. "Diriliş" dərgisində şeirləri çap olunub. 1973-cü ildə Sarıqamışda hərbi xidmətə başlayıb, 1974-cü ildə Kipr Sülh Hərəkatına qatılıb və 1975-ci ildə hərbi xidməti bitirib. "Mavera" dərgisində redaktorluq edib.

 

Şeirlər

- İşarət uşaqları

- Yeddi gözəl adam

- Mənzillər

- Qorxu və yalvarış

 

Hekayələr

- Məhəllə davası

 

Uşaq hekayələri

- Sərçəquş

- Qatıraslan

- Ağacdələnlər

- Ürəkbaba ilə padşah

- Balaca şahzadə

- Dərya

- Quşların dili

- Motorlu quş

 

Uşaq şeirləri

- Gülüş

 

Romanlar

- Savaş ritimləri

- Ana

 

Cahid Zərifoğlu 7 iyun 1987-ci ildə ağciyər xərçəngindən İstanbulda vəfat edib. Məzarı Üsküdar Bəylərbəyindəki Küplücə məzarlığında, qayınatası Qasım Ərvasinin məzarının yanındadır.

Hər il 7 iyunda sevənləri tərəfindən məzarı başında yad edilir. 2003-cü ildən bəri hər il, ölüm il dönümünə yaxın "Cahid Zərifoğlu" mükafatı verilir. Adına məktəb və liseylər var.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.