“Qərbi Azərbaycan abidələri məktəblilərin gözü ilə” maket müsabiqəsi Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Qərbi Azərbaycan reallığını daim yaşatmalı, gənc nəslə təlqin eləməliyik. Və bu yöndə görülən hər bir iş təqdirəlayiqdir.

 

Oğuz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qərbi Azərbaycan abidələri məktəblilərin gözü ilə” adlı maket müsabiqəsi təşkil olunub.

Tədbir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.

Müsabiqənin əsas məqsədi məktəblilər arasında memarlıq və şəhərsalma mədəniyyətinə marağı artırmaq, gənc nəslin Qərbi Azərbaycanın tarixi-memarlıq irsi barədə biliklərini dərinləşdirmək və onların yaradıcı bacarıqlarını üzə çıxarmaq olub.

İştirakçılar təqdim etdikləri maketlərdə tarixi abidələrin özünəməxsus memarlıq xüsusiyyətlərini əks etdiriblər.

Tədbirdə çıxış edənlər bu cür təşəbbüslərin məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, tarixi irsimizin tanıdılmasında və yaradıcılıq potensialının inkişafında mühüm rol oynadığı vurğulanıb.

Müsabiqənin yekununda şagirdlərin hazırladığı işlər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Fərqlənən və qalib olan məktəblilər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom, medal və hədiyyələri ilə mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2026)

 

 

                                                                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.