Göyçədə bir şair Abbas Vəfadağlı var idi Featured

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O deyirdi ki, Göyçəni görməyincə ölən deyiləm. 97 il yaşadı. Amma zalım tale Göyçəyə dönüşə imkan vermədi ki vermədi...

 

Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir. 1946-cı ildə "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir.

Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur. Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir. Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir, Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.

Doğma Cil kəndində kolxoz sədri, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, Cil kənd sovxozunda direktor işləmişdir. Azərbaycanlılar ellikcə Azərbaycanın Xanlar rayonunun Şəhriyar kəndinə köçdürüldükdən sonra isə orada kənd sovet sədri, Çaykənd kəndində kolxoz sədri, Şəhriyar kəndində sovxoz direktoru, Xanlar rayonunda Kənd Təsərrüfatı İstehsalat İdarəsində rəis müavini olmuşdur.

Sonra təqaüddə çıxmış və fərdi yaradıcılıqla məşğul olmuşdur.

 

Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk mətbu şeiri "Arzular" 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda şeir, oçerk və məqalələrlə çıxış etmişdir. İlk qələm təcrübələrini Abbas Mazanov imzası ilə dərc etdirmişdir. 60-cı illərdən Vəfadağlı təxəllüsünü qəbul etmişdir.

General-mayor İlqar Mazanovun atasıdır. 

 

Kitabları

1. Göyçə kimi intizarda elim var 

2. Gözləri həsrətli, naləli Göyçə 

3. Ulu Göyçəm

 

Məqalələri

1. Göyçə qətliamı

2. Ustad 

3. Aşıq Alı sorağında

 

Abbas Vəfadağlı 13 mart 2026-cı ildə -100 illiyinin bir addımlığında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.