Bəs "Qırmızı tabor"un yaradıcısı Abbasqulu bəy Şadlinskini kim öldürdüyünü necə, bilirsiniz?
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Tariximizin ağ ləkələri hələ çoxdur. Zaman-zaman onları üzə çıxarmaq lazımdır. Elə Qərbi Azərbaycanın gerçək tarixini götürək. Tədqiqatlar, səhih məlumatlar azdır, onlar da yalnız son illərin məhsiuludur. "Qırmızı Tabor", onun yaradıcısı Abbasqulu bəy Şadlinski barədə daha dolğun məlumata almaq üçün Əntiqə Rəşid Aslanın yazısına müraciət edirik.
Ermənilərə dayaq olan rusların oğuz türkərinin kökünü kəsmək planları qarşıya məqsəd qoyulur və bu plan daşnak ermənilərin əli ilə həyata keçirilməyə başlayır. Həmin vaxt İrəvan, Dərələyəz, Zəngəzur, Naxçıvan və b. ərazilərdəki azərbaycanlılara qarşı qırğınlar törədilir . Həmin ərazilərdə yaşayan azərbaycanlı kişilər yığışıb bir çarə axtarır və xalq könüllülərindən ibarət partizan birləşməsi yaradırlar. "Qırmızı tabor" Abbasqulu bəy Şadlinskinin başçılığı ilə 1918-ci ilin yayında Vedibasar bölgəsində yaradılmışdı. "Qırmızı tabor" dəstələri erməni-daşnak quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin, soyqırımların qarşısını almaqda mühüm rol oynamışdı.
1918 ilin iyulunda daşnakların Vediyə birinci hücumu zamam "Qırmızı tabor" hissələri onlara ciddi müqavimət göstərmiş, düşməni canlı qüvvə və texnika sarıdan çoxlu itki verərək, qaçmağa məcbur etmişdilər. Bu əməliyyat zamam "qırmızı tabor"çular qənimət kimi çoxlu silah və sursat ələ keçirmişdilər. 1919-cu ilin iyulunda daşnakların Vediyə ikinci hücumu zamanı "Qırmızı tabor" dəstələri yenə də qəhrəmancasına müqavimət göstərmiş, lakin düşmənin üstün qüvvələri qarşısında vuruşa-vuruşa öz mövqelərini tərk etməyə və İrəvan şəhərinə doğru geri çəkilməyə məcbur olmuşdular. Bundan sonra Vedibasar, Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçən "Qırmızı tabor" hissələri əvvəlcə Xoy şəhəri yaxınlığındakı Qəzənfərdağ adlı yerdə, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.
Naxçıvanda sovet hakimiyyəti elan edildikdən (1920, 28 iyul) sonra Naxçıvan hərbi inqilab komitəsinin və Nəriman Nərimanovun dəvəti ilə A. Şadlinskinin başçılığı ilə 200 nəfərlik "Qırmızı tabor" dəstəsi sentyabrın 17-də Naxçıvana gəlmiş, buradakı qırmızı qvardiya dəstələri "Qırmızı tabor"la birləşmişdi. "Qırmızı tabor"a, əvvəlcə, Naxçıvan sərhədlərinin qorunması tapşırılmış, sonra isə, onun döyüşçüləri daşnaklara qarşı Zəngəzur istiqamətində döyüş əməliyyatları aparmışlar. 1921 ilin fevralında Ermənistanda sovet hakimiyyətinə qarşı daşnak qiyamı zamanı Ermənistan SSR hökumətinin dəvətilə köməyə gəlmiş "Qırmızı tabor" hissələri həmin qiyamın yatırılmasında mühüm rol oynamışdılar. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. Abbasqulu bəy Şadlinski bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. Bundan başqa A. Şadlinski başda olmaqla "Qırmızı tabor"un 19 üzvü Daşnaklara qarşı döyüşlərdə göstərdikləri şücaətə görə Ermənistan SSR-in "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdu. "Qırmızı tabor" hissələri Zəngəzurun daşnaklardan təmizlənməsində də böyük qəhrəmanlıq göstərmişdilər. Ermənistanda və Zəngəzurda sovet hakimiyyəti bərqərar olduqdan sonra "Qırmızı tabor" Naxçıvanda saxlanılmış və onun sərhədlərinin qorunmasında fəal iştirak etmişdir.
Bu mənə məxsus məqalə deyil... Vikipediyadan götürmüşəm... Amma ona görə paylaşdım ki, bəzi özünə jurnalist deyib araqarışdıranlar bu məsələlərə işıq salsın, xalqı birləşdirən, bir-birinə mehriban edən, bir-birinə sevdirən çıxışlar etsin.
Abbasqulu bəy Şadlinski - Siz onu tanıyırsınız?
Qeyd edək ki, tarixçi-şair Aqil Kəngərli araşdırıb ki, Azərbaycan xalqının 20-ci əsr qəhrəmanlıq tarixində xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin mühüm yeri var. O, 1886-cı ildə qərbi Azərbaycanda - Vedibasar mahalının Vedi kəndində anadan olub:"Abbasqulu bəyin dəstəsində Kərbalayı İsmayıl, Qəmlo, Keçəl Teymur, Səttar oğlu Musa, Məhərrəm kimi igidlər döyüşüb. Bir müddət cənubi Azərbaycanda qalan Abbasqulu bəy yenicə Sovet hakimiyyəti qurulmuş Naxçıvana çağırılır. Naxçıvana gələn Abbasqulu bəy 400 nəfərdən ibarət "Qırmızı tabor" yaradır və Zəngəzurun, Dərləyəzin daşnaklardan təmizləməsində mühüm rol oynayır. Ermənistan sovetləşdirildikdən sonra dinc əməklə məşğul olur, sement zavodunun tikintisində çalışır . bolşevik cildinə girən daşnaklar 1918-20-ci illəri unutmamışdılar və Abbasqulu bəydən qisas almağa çalışırdılar. Kolxoz quruculuğu ilə razılaşmayan, sovet hökümətinə tabe olmayan və Abbasqulu bəyin keçmiş silahdaşı və dostu olan el ağsaqqalı Kərbəlayı İsmayılı dilə tutmaq, yola gətirmək üçün məhz onu göndərdilər. Onun həyatının bu hissəsi mərhum yazıçımız Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində əks olunur. Burda əsas məqsəd Abbasqulu bəyi aradan götürmək, həmçinin keçmiş dostları, onların tərəfdarlarını, qohum-əqrəbalarını üz-üzə qoymaq idi. Bu, erməni xislətidir. Əslində Abbasqulu bəyin ölümündə nə Qəmlonun (onun əsl adı Qəmbəralı olub), nə Kərbəlayı İsmayılın günahı var. Bu, Ermənistanın o vaxtkı xüsusi xidmət orqanlarının əli ilə törədilib. Bu haqda bizim tədqiqatçılarımız kifayət qədər yazıblar. Mənim babamdan eşitdiyim isə odur ki, Abbasqulu bəy və Xəlillə (o, kolxoz sədri olub) birlikdə olan 3-cü şəxs - yəni Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əmakdaşı olub.
“Ədəbiyyat və incəsənət”
(17.02.2026)


