Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab - "Qərbi Azərbaycan hekayələri"

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" adlı layihə çərçivəsində "Qərbi Azərbaycan hekayələri" adlı kitab çap olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Birlikdən verilən məluçata görə, iki dildə  çap olunmuş kitabda Azərbaycandan olan müəlliflərin Qərbi Azərbaycan mövzusunda yazılmış hekayələri toplanıb.

Kitabın Azərbaycanda, Türkiyədə və Özbəkistanda geniş ictimaiyyətin iştirakı ilə təqdimat törənləri təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.