Ustad aşığın anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sazlı-sözlü Göyçə mahalından yetişən ustad aşıqlar – Ələsgər və Alı özlərindən sonra böyük bir aşıqlar pleadasının yaranmasına rəvac veriblər. Onlardan biri də ustad aşıq Oruc Əhmədovdur.

 

Oruc Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub. 1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlayıb. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub.

1939-cu ildən müstəqil aşıqlığa başlayıb.Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyub.

1953–1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib. Miskin Vəli və Aşıq Məhəmmədəli ilə bərabər neçə-neçə məclislər keçirib. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazıb. Aşıq Orucun Aşıq Şahsuvar və Aşıq Nurəddin adında iki şəyirdi olub.

 

Haqqında yazılan məqalələr

 

1. G. Məmmədova. Tarlada şənlik

2. M. Qardaşov. Aşıqlar ansamblı

3. Ürəklərə yol tapır

4. El sənətkarları

5. Əli Əliyev, "El aşığı" məqaləsi

6. Məhərrəm Qasımlı, "Ustad"

7. Abbas Vəfadağlı. "Ustad"

8. Araz Yaquboğlu, "Aşıq Orucun sazlı-sözlü dünyası"

 

Aşıq 1976-cı ilin 19 iyul günündə Gədəbəy rayonunun Zəhmətkənd kəndində astma xəstəliyindən vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.