Aslanın erkəyi, dişisi olmaz! Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının əməkdar artisti Ədilə Əflaki 4 iyul 1954-cü ildə Bakı şəhərində, Bakının kiçik milyonçusu və eyni zamanda Azərbaycan Dövlət Opera və Balet Teatrının Üzeyir Hacıbəyli orkestrinin aparıcı solisti olan, tanınmış korifey musiqişünas Ələkbərbəy Nəzərlinin ailəsində anadan olub.

Əslən Qərbi Azərbaycandandır.

 

Ali təhsillidir, ADMİU-ni bitirib. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından səhnə fəaliyətinə başlayaraq, uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam teatrının solisti olub.

I Qarabağ müharibəsinin iştirakçısıdır. 1990-cı ildən Azərbaycanın torpaq ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində, qaynar nöqtələrdə, incəsənətdən ilk könüllü olaraq, müntəzəm xidmətlər göstərib. Bu fəliyyətinə görə Müdafiə Nazirliyində onun N saylı Dövlət qeydiyyatlı hərbi arxivi qorunur.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şah İsmayıl Xətai,"Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz" və bu kimi digər fəxri fərmanlarının sahibidir.

Sənətkarın xidmətləri sıralarına və cəsarətli addımlarından aşağıdakıları qeyd etmək lazımdır:

1. "Aslanın Erkəyi Dişisi olmaz"

2. "Вогневойне", "Этихрупкиеплечи"

3. "Xalq" qəzeti cəbhə bölgəsindən fotosesiyası və məqalə

4. "Döyüşçü Səhnəyə Qayıdır" fotosesiyası və məqalə

5. Одна из первых народный исполнителниц, побывщых на Фронте

6. Arzum Qarabağda oxumaqdır

7. Səsində Qarabağ Həsrəti Çırpınır

1990-cı ildə Almaniyada Qərbi Berlində Azərbaycan Cəmiyyətləri Başqanlarının növbədənkənar qurultayında 20 yanvar faciəsinə ilk açıqlama nitqi söyləyib. 1990-cı ildə Almaniyada Qərbi Berlində TD-1 telekanalında milli musiqimizin təbliğinə aid bir saatlıq efir konserti yayımlanan ittifaqdan olan yeganə xanəndədir.

Bəstəkarlar tərəfindən bir sıra şeirlərinə mahnılar bəstələnib. Əməkdar artistin ifasında olan bəstəkar, xalq mahnıları və Azərbaycan muğamlarından ibarət lent yazıları Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziyanın Qızıl fondunda qorunur və səsləndirilir.

2000-ci ildə dövlət tərəfindən nəşr olunan "El sevsə sənətkarı" adlı Musiqi Ensiklopediyasında sənətkar, "Aslanın erkəyi, dişisi olmaz" başlıqlı xüsusi səhifədə işıqlandırılıb

Azərbaycan milli musiqi mədəniyyətini Azərbaycanda və beynəlxalq arenada təbliğinin səmərəli fəaliyyətinə və müstəsna xidmətlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına və 3 dəfə Prezident Mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.